Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə26/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   191
etraf muhitin iqtisadiyyati

5. Təbii mühitə dəyən ziyan
Ətraf təbii mühit (ƏTM) – insanın yaşayış və is-
tehsal fəaliyyəti mühitidir, buraya süni yaradılmış 
mühitin elementləri də aid edilir. 
Bəşəriyyət biosferanın övladıdır, insan dinamik 
mühitində doğulur və formalaşır. Cəmiyyətdə canlı or-
qanizmlər və onların yaşayış mühiti qarşılıqlı əlaqədə 
fəaliyyət göstərir. Biosfer dinamik sistemdir. Bəşəriyyət 
biosferdən kənarda mövcud ola bilməz. Biosferin qalın-
lığı (hündürlüyü) 20-30 km-dir. “Həyat təbəqəsi” əsasən 
yer səthində cəmlənmişdir. Biosferin əsas struktur ele-
mentləri landşaft və biogeosenozlardır.
Təbii ehtiyatlar (TE) əsasən maddələrdən və təbii 
komponentlərdən, təbiətin qüvvələrindən ibarətdir. Məh-
suldar qüvvələrin indiki mərhələsində istehlak əşyası və 
ya istehsal vasitəsi kimi istifadə edilə bilər, onlar insan-
ların fəaliyyətini dəyişə bilər. 
Təbii mühitə dəyən ziyanın istiqamətləri: 
Təbii mühitə aşağıdakı istiqamətlərdə ziyan dəyir: 
1.
Təbii ehtiyatları hasil edərkən dəyən ziyan, itki-
lərə yol verilməsi. Mineral xammal hasilatında–neft, 
qaz, filiz və s. meşə materialları emalında, sudan, melio-
rasiyada torpaqdan istifadə; 
2.
Torpağın, suyun, ətraf mühitin çirkləndirilməsi, 
eroziya, havaya zərərli maddələr buraxılması, külək, do-
lu, sel, iqlim dəyişməsi və s.; 
3.
Bitki və heyvanların xəstəlikləri və həm də xəs-
təlik və zərərvericilərlə mübarizə vaxtı dəyən ziyan 
(dərman preparatları, bioloji mübarizə vaxtı kimyəvi, 


57
maddə və gübrələrdən istifadə zamanı ziyan); 
4.
Okean, dəniz, çaylar, meşələrdən səmərəsiz istifa-
də nəticəsində dəyən ziyan (zərərli maddələr) axıdılması; 
5.
Atom və nüvə silahlarından istifadə vaxtı dəyən 
ziyan; 
6.
Əhalinin ehtiyatlardan düzgün istifadə etməmə-
si və bunun nəticəsində dəyən ziyan. 
Təbii ehtiyatların bəzi komponentləri (iqlim, bitki 
örtüyü, torpaq və s.) insan əməyi və ilk növbədə xərc tələb 
etmir. Onlar təbii şəraiti formalaşdırırlar və cəmiyyətin hə-
yat mühitinin formalaşdırılmasında iştirak etdikləri üçün 
çox qiymətlidirlər. Müvafiq texnologiya, əmək vasitəsi ilə 
əldə edilən təbii ehtiyatlar da təbii halda təbii eko-sistem-
ləri tamamlayırlar. Təbii ehtiyatlar insanların həyat fəaliy-
yətində həddindən artıq vacib rol oynayırlar. Odur ki, on-
ların vəziyyətindəki hər-hansı mənfi dəyişmələr hazırkı və 
gələcək nəsillərin mənafeyinin ziddinə yönəlmiş olur. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə