Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə29/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   191
etraf muhitin iqtisadiyyati

müəssisə (istehsalat) üzrə
də 
mo-
nitorinqi
aparılır. Burada nəzərdə tutulur ki, hüquqi 
şəxslər (təbiətdən istifadəçilər) ətraf mühitin müəssisə 
(istehsalat) monitorinqini, onların həyata keçirdiyi 
ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat 
fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını 
aparmağa borcludurlar. Həm də ətraf mühitin müəssisə 
(istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri 
standartlaşdırmanın və meteorologiyanın tələblərinə uy-
ğun olmalıdır. Müəssisə (istehsalat) monitorinqinin gös-
təriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahə-
sində Azərbaycan Respublikasının müvafiq icra haki-
miyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə 


61
təqdim edilir. 
Ətraf mühitə təsirin qiymətləndirilməsi və ekoloji 
ekspertiza prosesi həyata keçirilir. Bu vaxt ekoloji-iqti-
sadi analiz onların əsasını təşkil etməlidir. 
Ekoloji eks-
pertizanın prinsipləri aşağıdakılardır: 
1. nəzərdə tutulan istənilən təsərrüfat fəaliyyətinin 
ekoloji təhlükəliliyi; 
2. obyektin həyata keçirilməsindən öncə ekoloji 
ekspertizanın məcburi aparılması; 
3. təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin 
kompleks qiymətləndirilməsi; 
4. ekoloji ekspertiza aparıldıqda ekoloji təhlükə-
sizliyi məcburi qaydada nəzərə alınması; 
5. məlumatların doğruluğu və həcmi; 
6. ekspertizanın sərbəstliyi; 
7. ekspert bağlantısının elmi əsaslandırılması, ob-
yektivliyi və qanuniliyi; 
8. aşkarlıq, ictimaiyyətin rəyinin nəzərə alınması, 
ictimai təşkilatların iştirakı; 
9. ekoloji ekspertiza iştirakçılarının onun aparılma-
sı və keyfiyyətinə məsuliyyət. 
Ekoloji ekspertiza
– təsərrüfat fəaliyyətinin ətraf 
mühitə ola bilən mənfi təsirinin və onlarla bağlı nəticə-
lərin aşkar edilməsi, qarşısının alınması və proqnozlaş-
dırılması məqsədilə ətraf mühitin keyfiyyət normativlə-
rinə və ekoloji tələblərə uyğunluğunun müəyyən edil-
məsidir. 
Azərbaycan Respublikasında ekoloji ekspertizanın 
müvafiq icra hakimiyyəti orqanı və ictimai təşkilatlar 
həyata keçirirlər. 


62
Dövlət ekoloji ekspertizasının aparılması qaydaları 
qanunvericiliklə müəyyən edilir. Dövlət ekoloji eksper-
tizasına aid edilən obyektlər barədə ekspertin müsbət rə-
yi olmadan sənaye və ərzaq məhsullarının istehsalı, işlə-
rin, xidmətlərin yerinə yetirilməsi və ya Azərbaycan 
Respublikasının ərazisinə gətirilməsi qadağandır. 
Yerin təkindən istifadə ilə əlaqədar olan təsərrüfat 
fəaliyyəti ekoloji ekspertizadan əvvəl qanunvericiliklə 
müəyyən edilmiş qaydada geoloji ekspertizadan keçiril-
məlidir. 
Ekoloji ekspertizanın rəyi (rəsmi sənədlər) məcbu-
ri icra olunmalıdır və onun tələbləri pozulduğu halda 
məhkəmədə iddia qaldırıla bilər. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə