Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə31/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   191
etraf muhitin iqtisadiyyati

 
 
 
 
 
 
 
 
 
 
 
 
 


65
III FƏSİL.
TƏBİİ PROSESLƏRİN POZULMASININ CANLI 
ALƏMİN SAĞLAMLIĞINA MƏNFİ TƏSİRİ 
 
1.
Ətraf mühitin mühafizəsi; 
2.
Ətraf mühitin planlaşdırılması və idarə olunması; 
3.
Ətraf mühitə təsirin qiymətləndirilməsində indi-
katorlar, nöqsanlar və risklər; 
4.
Təbii proseslərin pozulmasının canlı aləmin 
sağlamlığına mənfi təsiri; 
5.
Ətraf mühitin mühafizəsinin iqtisadi qiymətlən-
dirilməsi. 
1. Ətraf mühitin mühafizəsi 
Ekoloji problemlərin qlobal xarakter daşıması 
bu problemin həlli üçün ətraf mühitin qorunması is-
tiqamətində tədbirlər sisteminin (iqtisadi, texniki, el-
mi, hüquqi, tərbiyəvi) həyata keçirilməsində geniş 
beynəlxalq əməkdaşlığı tələb edir. 
Ətraf mühitin mü-
hafizəsi üzrə əməkdaşlıq hələ 100 il əvvəl yaranmışdır. 
BMT bu məsələyə daim diqqət yetirir.1962-ci ildə
BMT-nin XVII Baş Məclisində “ekoloji inkişaf və tə-
biətin mühafizəsi” adlı xüsusi qətnamə qəbul olundu. 
Bu qətnamədə qeyd edilir ki təbiətin mühafizəsi BMT–
yə üzv olan bütün dövlətlərin bilavasitə vəzifəsidir və 
təbii ehtiyatların qorunub saxlanılması üzrə tədbirlər iq-
tisadi inkişafla birgə eyni zamanda aparılmalıdır. Suyun 
kompleks istifadəsi və mühafizəsi, torpağın qorunub 
saxlanması, bərpası və münbitliyinin artırılması, meşə-


66
lərin və heyvanat aləminin mühafizəsi BMT-in ərzaq və 
kənd təsərrüfatı məsələləri üzrə təşkilatının diqqət mər-
kəzindədir. 
Ümumdünya səhiyyə təşkilatı sağlamlığın ətraf 
mühitin vəziyyətindən asılılığı ideyasını öyrənir. Məlum 
olduğu kimi “ətraf təbii mühit” təbii və antropogen 
amillərin məcmusunu təşkil edir. Təbii amillər ərazinin 
iqlim, geoloji və bioloji xüsusiyyətlərini insana təsirini 
səciyyələndirir. V.P.Protosova görə (2000)məişət-mən-
zil şəraiti, geyim, qidalanma, su ilə təmin olunma xid-
mət sferi strukturunun inkişaf dərəcəsi, istirahətlə təmin 
olunma və ondan istifadə etmək vasitəsilə insana təsir 
göstərir. İnsan həyata qədəm qoyduğu vaxtdan daima 
həyat uğrunda təbiətin əlverişsiz şəraiti ilə təbii fəlakət 
amillərinə qarşı mübarizə aparmaqla qarşılaşmışlar. Ət-
raf mühit fiziki, kimyəvi, iqlim, bioloji və digər para-
metrləri ilə bioloji növlərin təkamülü baxımından nisbə-
tən mühafizəkardır.
Ətraf mühitin ekoloji tarazlığın mühafizəsi sahə-
sində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii 
ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli 
təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin 
qorunub saxlanılmasından, ətraf mühit və təbiətdən isti-
fadənin səmərəli təşkilindən ibarətdir. 
Ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii 
ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin 
mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydaları-
nın möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin 
qarşılıqlı əlaqəsinin tənzimlənməsi “Ətraf Mühitin Müha-
fizəsi” haqqında qanunla həyata keçirilir (4 avqust 1999).


67

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə