Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Kəşf edilmiş dəmir filizi 260, proqnoz üzrə isə



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə54/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   191
etraf muhitin iqtisadiyyati

Kəşf edilmiş dəmir filizi 260, proqnoz üzrə isə 
600 mlrd. tona bərabərdir.
Ən çox dəmir filizi yataq-
ları Braziliya, Avstraliya, Kanada, Rusiya, Çin, ABŞ, 
Hindistan və İsveçrədir. Ildə 0,9-1 mlrd. ton dəmir filizi 
çıxarılır. Bu xammalın ehtiyatı 250 ilə kifayət edər. Əl-


104
van metal istehsalında istifadə edilən xammallardan 
boksitlər əsas yeri tuturlar. Boksitlərin ehtiyatı proqnoza 
görə 50 mlrd. ton, o cümlədən, kəşf olunmuşu 20 mlrd. 
tondur. Ən böyük boksit yataqları Avstraliya, Qvineya, 
Braziliya, Venesuelada və Yamaykadadır. Boksit çıxarıl-
ması ildə 800 mln. ton təşkil edir. Mis filizinin geoloji 
ehtiyatları 860 mln. ton təşkil edir. Mis filizinin geoloji 
ehtiyatları 860 mln. ton kəşfi məlum olan isə 450 mln. 
tona bərabərdir (əsasən Hindistan, Zimbabve, Zambiya, 
Konqo, ABŞ, Rusiya, Kanada nəzərdə tutulur). İldə 8 
mln. ton çıxarılır.
 
2. Mineral sərvətlərin istifadəsi və mühafizəsi 
 
Yerin təkindən çıxan faydalı qazıntıları mineral 
ehtiyatlar adlandırırlar. Müasir təsərrüfatda mine-
ral yanacağın və xammalın təxminən 200 növündən 
istifadə olunur. 
Onların müxtəlif təsnifatı ola bilər. Eh-
tiyatların 
texniki
istifadəsi əsasında aparılan təsnifat da-
ha geniş yayılıb. Bu zaman onları yanacaq, metal, tex-
niki ehtiyatları və tikinti materiallarını ayırırlar. 
Gene-
tik
təsnifatdan da istifadə edirlər. Onun əsasını yaş və 
yaranma xüsusiyyətləri təşkil edir. Bu zaman adətən 
kembri, aşağı paleozoy, mezozoy və kaynozoy geoloji 
dövrlərini ayırırlar. Mineral yanacaq və xammalın dün-
ya ehtiyatları Dünya Enerji Şurasının (əvvəllər bu təşki-
lat “Dünya Enerji konfransı”) sessiyalarında, eləcə də 
dağ, geologiya, neft qaz və digər konqreslərdə qiymət-
ləndirilir. Yanacaq ehtiyatları daha böyük maraq doğu-
rur. Onlar iki kateqoriya üzrə qiymətləndirilir – ümu-


105
migeoloji və tədqiq edilmiş (səhih, sübut və təsdiq olun-
muş) yanacaq mənbələri üzrə. Bu mənbələr Yer kürəsin-
də qeyri-bərabər yerləşir. Məsələn, ötən əsrin 90-cı illə-
rinin sonunda aparılan qiymətləndirməyə görə, bu ehti-
yatların ölçüsünə görə birinci və ikinci yerlər MDB və 
Asiya – Avstraliya regionları arasında bölünür. Üçüncü 
yerdə Şimali Amerikadır. Sonrakı yerdə isə Yaxın və 
Orta Şərq ölkələri, Avropa, Afrika və Latın Amerikası
gedir. Təbii ki ayrı- ayrı regionlar öz yanacaq ehtiyatla-
rının strukturuna görə bir birindən fərqlənirlər. Daş kö-
mür Yerin təkində çox geniş yayılmış təbii sərvətdir. 
Hazırda dünyada 3,6 min daş kömür hövzəsi və yatağı 
məlumdur ki, bu yerin quru hissəsinin 15% təşkil edir. 
Daş kömür ehtiyatlarının ümumi və kəşf edilmiş həcmi
neft və təbii qazın həcmindən xeyli çoxdur. Neft Yerin 
təkində daş kömürə nisbətən daha çox yayılıb. İndiyə-
dək geoloqlar 600-dək neft və qaz hövzəsi aşkar ediblər 
və onların 400-nü tədqiq etməyə nail olublar. Nəticədə 
real olaraq müxtəlif hesablamalara əsasən, dünyanın 15 
milyon kub km.–dən 50 milyon kub.-dək bir ərazisi
neft (və təbii qaz) perspektivli sayılır. Bununla yanaşı 
qeyd etmək lazımdır ki, dünyanın neft ehtiyatları daş 
kömür ehtiyatlarından xeyli azdır. 
Təbii qaz
təbiətdə sərbəst şəkildə mövcuddur. Tə-
bii qaza qaz yataqları və mədənlərində eləcə də neft ya-
taqları üzərində “qaz papaq”(yanaşı qaz) şəklində rast 
gəlmək olar. Qaz istehsalında neft və daş kömür mədən-
lərində olan qazdan da geniş istifadə edilir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə