Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Meşə ehtiyatları və ondan istifadə Azərbaycan



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə62/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   191
etraf muhitin iqtisadiyyati

Meşə ehtiyatları və ondan istifadə Azərbaycan 
Respublikası “Meşə Məcəlləsi” haqqında qanunla 
(31.XII.1997-ci il) tənzimlənir
. Meşə fondunun müha-
fizəsi dövlət tərəfindən həyata keçirilir. 
Bu məqsədlə aşağıdakı tədbirlər görülür: 
-
meşə fondunun vəziyyətinə, istifadəsinə, müha-
fizəsinə, qorunmasına, meşələrin bərpasına nəzarətin 
təşkili; 
-
meşə fondundan istifadə edilməsi, onun mühafi-
zəsi, qorunması, bərpası sahəsində hüquq pozuntularının 
qarşısının alınması, onların aradan qaldırılması; 
-
təqsirkar fiziki və hüquqi şəxslərin qanunverici-
liklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edil-
məsi; 
-
meşə fonduna zərər vuran təsərrüfat və başqa fəa-
liyyət növlərinin məhdudlaşdırılması, dayandırılması, 
qadağan edilməsi; 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə 
nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsi. 
6. Bioloji ehtiyatlar və onların mühafizəsi 
 
Bioloji ehtiyatlar təbii bitki və heyvanat aləmini 
əhatə edir
. Bunlar insanın maddi tələbatını ödəmək im-
kanına malik ehtiyatlardır. 
Bioloji ehtiyatlar təbii bitki – meşələr, biçənək-
lər, dərman bitkiləri, meyvələr, yabanı bitkilər, oke-
anlardakı bitkilər, heyvanlar - insan tələbatını ödə-


122
yir
. Bioloji ehtiyatlar insan tələbatını ödəməklə yeyinti 
sənayesinin inkişafında mühüm rol oynayır. 
Dünyanın bioloji müxtəlifliyi və ya canlı orqa-
nizmlərin müxtəlifliyi ekoloji, genetik, sosial iqtisadi, 
elmi - tədris, mədəni rekreasiya və estetik baxımdan bö-
yük əhəmiyyət kəsb edir. Bioloji müxtəliflik biosferin 
təkamül həyatiliyinin təmin olunması sisteminin saxla-
nılması üçün mühüm hesab edilir. Bioloji müxtəliflik üç 
kateqoriyaya ayrılır. 1) növ müxtəlifliyi, 2) genetik 
müxtəliflik, 3) ekosistemin müxtəlifliyi, yəni yaşayış 
yerinin, biotik qruplaşmaların və biosferdə gedən ekolo-
ji proseslərin müxtəlifliyi. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə