Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə58/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   191
etraf muhitin iqtisadiyyati

 
4.Torpaq ehtiyatları 
 
Yer kürəsinin səthi 510 mln. kv. km təşkil edir. 
Bunun 149 mln. kv. km (və ya 14,9 mld hektar) quru 
sahə, 361 mln. kv. km isə dəniz və dəryalardır.
Ümu-
mi quru sahədən Arktika və Antarktikanın buzlu sahələ-
rini çıxdıqdan sonra qalan torpaq sahəsi 134 mln. kv km 
təşkil edir. 
Torpaq sahəsinin
11%-i becərilən torpaq, 
23%-i çəmənlik və biçənəklər, 33 %-i az məhsuldar 
torpaqlar
, 3%-i yaşayış məntəqələri, sənaye zonası, 
nəqliyyat xətləri və s. ibarətdir. Hazırda cəmi kənd tə-
sərrüfatına yararlı torpaq sahəsi 48,1 mln. kv km-dir 
(4810 mln. ha). Bunun da 1340 mln. ha becərilən (əkin) 
torpaq sahəsi, 3365 mln. ha isə çəmənlik və otlaqlardan 
ibarətdir.


115
Cədvəl 6. 
Dünyanın ən böyük ərazisi olan ölkələr 
 
s/n 
Ölkə 
Ərazisinin ümumi sahəsi, 
min km

1. 
Rusiya 
17098 
2. 
Kanada 
9985 
3. 
ABŞ 
9827 
4. 
Çin 
9597 
5. 
Braziliya 
8515 
6. 
Avstraliya 
7741 
7. 
Hindistan 
3287 
8. 
Argentina 
2780 
9. 
Qazaxıstan 
2725 
10. 
Sudan
2506 
Cəmi torpaq fondunda əkinə yararlı sahənin xüsusi 
çəkisi Hindistanda 57,1%, Polşada 46,9%, İtaliyada 
40,3%, Fransada 35,3%, Almaniyada 33,9%, ABŞ-da 
19,6%, Çində 10,3%, Rusiyada 7,8%, Avstraliyada 6%, 
Kanadada 4,9%, Misirdə 2,8%-dir. Azərbaycanın ümu-
mi torpaq sahəsi 8700 mln. hektardır. Bundan 4 mln. 
hektarı kənd təsərrüfatına yararlı torpaq sahəsidir. Bu-
nun da 32 %-i əkin yeridir, 2 mln. ha otlaqlardır. Dün-
yada ildə orta hesabla 6-7 mln. hektar kənd təsərrüfatına 
yararlı torpaq sahəsi eroziyaya uğrayır. 1,5 mln. hekta-
radək şorlaşmaya məruz qalıb. Sənaye və nəqliyyat ti-
kintisi altında da xeyli torpaq qalaraq kənd təsərrüfatı 
dövriyyəsindən çıxır. Dünya üzrə olan meşə örtüyü 40,1 
mln. km
2
-dir. Bunun 8,1 mln. km
2
-i Braziliyanın, 2,6 
mln.km
2
-i Kanadanın, 2,0 mln. km
2
-i isə ABŞ ərazisin-
dədir. Son 200 ildə meşə sahəsi 2 dəfə azalmışdır. 


116
Azərbaycan Respublikası çox əlverişli təbii şəraitə 
və zəngin təbii ehtiyatlara malik ölkədir. Qarlı zirvəli, 
yüksək dağlar, məhsuldar torpaqlı dağətəyi zonalar, ge-
niş düzənliklər, okean səviyyəsindən aşağı ovalıqlar 
Respublikamızın əsas relyef formalarıdır. Belə mürəkkəb 
relyef quruluşu təbii şəraitin – iqlimin, torpaq-bitki örtü-
yünün, su ehtiyatlarının müxtəlifliyinə səbəb olmuşdur. 
Bu isə öz növbəsində əhalinin və təsərrüfat sahələrinin 
ərazi üzrə qeyri-bərabər yerləşməsinə, istehsalın müxtəlif 
növlər üzrə ixtisaslaşmasına gətirib çıxarmışdır.

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə