117
mosferdən və s. planlı qaydada istifadə onun zərərli
maddələrlə çirklənməsinin qarşısını alır, məhsul yığı-
mında yüksək və keyfiyyətli məhsul alınmasına şərait
yaradır.
Təbiət insan cəmiyyətinin yaşaması
və fəaliyyət
göstərməsi üçün əvəzedilməz vasitədir. Təbiət insansız
da mövcuddur və onsuz yaşaya bilər, lakin, insan təbiət-
siz yaşaya bilməz. Təbiətin qorunması bütün dövlətlə-
rin, millətlərin, xalqların işidir.
Son onilliklər ərzində
Azərbaycan Respublikasında təbiətin qorunmasına, təbii
ehtiyatlardan səmərəli istifadə olunmasına dair bir sıra
qanun və qərarlar qəbul olunmuş, tövsiyələr hazırlana-
raq tətbiq edilmişdir. Həmçinin,
Respublikada meşə
massivlərinin, torpaq, su hövzələrinin qorunması, ondan
istifadənin yaxşılaşdırılmasına dair müəyyən işlər görül-
müşdür. Lakin, buna baxmayaraq Respublikada torpaq
sahələrinin 70 %-dən çoxu bu və ya digər dərəcədə ero-
ziyaya uğramış və meşə massivləri sıradan çıxmış, su
hövzələri, hava çirklənmiş, ekoloji tarazlıq
pozulmuş-
dur. Respublikanın müstəqillik qazanması, öz sərvətləri-
nin sahibi olması, onun qorunması məsələlərinə daha
böyük qayğı ilə yanaşmağı tələb edir. Ona görə də son
10 ildə təbiətin mühafizəsi sahəsində daha ciddi tədbir-
lər işlənmiş və həyata keçirilməsi tövsiyə olunmuşdur.
Xəzər, Abşeron problemlərinin həllinə xarici dövlətləri-
nin cəlb olunması bu sahədə müvəffəqiyyətlərə ümidlə
yanaşmağa imkan verir. Təbiətin qorunmasında komp-
leks və yerli mühafizə tədbirlərindən istifadə olunur.
Dostları ilə paylaş: