119
dikcə artan maddi, mədəni və estetik tələblərinin təmin
olunması, insanların istirahətinə yaxşı şərait yaratmaq
məqsədilə təbii sərvətlərdən (torpaq, faydalı qazıntılar,
su, bitki və heyvanlar aləmindən təbiətin və insan əmə-
yinin abidələrindən) planlı surətdə istifadə edilməli və
təbii ehtiyatlar qayğı ilə qorunmalıdır.
Son illərdə Azərbaycan hökuməti tərəfindən bu is-
tiqamətdə qərarlar qəbul olunmuş, onun icra mexanizmi
işlənib hazırlanmışdır. Həmçinin, Respublikada təbiətin
qorunması tədbirlərinin həyata keçirilməsinə nəzarəti
gücləndirmək, təbii mühitin vəziyyətini yaxşılaşdırmaq,
tullantıların təbii mühitə və əhalinin sağlamlığına zərərli
təsirini aradan qaldırmaq məqsədilə təşkilati-texniki təd-
birlərin hazırlanıb həyata keçirilməsi nəzərdə tutulmuş-
dur. Eyni zamanda sənaye müəssisələri və qurğuları, di-
gər kənd təsərrüfatı obyektləri tikintisi və yenidən qu-
rulması layihələrinə xarici investisiyaların cəlb olunma-
sı, ekoloji tələblərə əməl edilməsi məsələlərinə xüsusi
diqqət yetirilmişdir. Bu tədbirlər, bazar iqtisadiyyatı şə-
raitində Respublikada təbiətin qorunmasına, onun sər-
vətlərindən xalqın xeyrinə səmərəli istifadə olunmasına
şərait yarada bilər.
Dostları ilə paylaş: