Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə63/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   191
etraf muhitin iqtisadiyyati

Növ müxtəlifliyi - 
konkret ərazidə növlərin sayı 
və onların fərdlərinin rastlaşma dərəcəsini əks etdirir. 
Alfa, betta və qamma müxtəlifliyinə ayrılır. Alfa müxtə-
liflik – müəyyən ekosistemdə növlərin sayı, betta 
müxtəliflik - müəyyən vilayətin bütün biotalarında növ-
lərin sayı, qamma müxtəliflik alfa və betta müxtəliflik-
lərini birləşdirən göstəricidir. 
Genetik müxtəliflik
olduqca böyük olub növlər 
arasında genlərin variasiyaları deməkdir. Genetik ba-
xımdan növün dəyəri onun digər növlərdən nə dərəcədə 
seçilməsi ilə təyin olunur. Hər hansı bir növün populya-
siyasi öz arealı daxilində qalmaqla yanaşı, ona həm də 
yeni yaşama şəraitində rast gəlinir və müxtəlif ekoloji 
sığınacaqlara yiyələnərək çoxalması üçün müxtəlif yer-
lərdən istifadə edir. Bu zaman ekoloji müxtəliflik baş 
verir. 
1996-ci ildə Bonn Universitetində “Qlobal bio-
müxtəliflik” xəritəsi
tərtib olunmuşdur. Bu xəritəyə 
əsasən fitomüxtəliflik ekosferdə fundamental rol oyna-


123
yıb quru ekosistemlərin bioloji müxtəlifliyini müəyyən-
ləşdirir. Dünyada ali bitkilərin ümumi sayı 400 min olub 
bioməhsuldarlıq və biomüxtəliflik baxımından domi-
nantlıq edir. 
Bioloji müxtəlifliyin qorunub saxlanılmasında mü-
hüm vasitə - xüsusi mühafizə olunan təbii ərazilər hesab 
olunur. Bu problem müasir dünyada ən mühüm prob-
lemlərdən biri hesab olunur və müntəzəm olaraq böyük 
qayğı tələb edir. 
Arxeoloji qazıntılar göstərir ki, Yerin tarixində hə-
yat başlanandan bəri beş dəfə bioloji növlərin möhtəşəm 
məhv olması baş vermişdir. Hər dəfə belə hadisə plane-
timizdə təkamülün tənəzzülü və həyatın yoxsullaşması 
ilə nəticələnmişdir. Bu hadisələrin sonuncusu 65 mln. il 
əvvəl Yerin asteroidlə toqquşması zamanı baş vermiş-
dir. Bu vaxt yerin atmosferinə olduqca çoxlu miqdarda 
toz və daş qırıntıları atılmışdır. Bunun nəticəsində kəs-
kin soyuqlaşma məməlilərin dinozavrların məhvinə və 
o zaman mövcud olan canlıların beşdə-birinin yoxa çıx-
masına səbəb olmuşdur. Bioloji zənginliyin bərpa olun-
ması üçün hər dəfə təxminən 10mln. il lazım olmuşdur. 
Bioloji müxtəlifliyinə görə Azərbaycan dünyada 
özünəməxsus görkəmli yerlərdən birini tutub, burada 
zəngin bitki və heyvan növləri cəmlənmişdir. Müasir 
Azərbaycan faunası 18000 canlıdan ibarət olub, məmə-
lilərin 97 növünü əhatə edir, bunlar 7 dəstəyə, 22 ailəyə 
və 39 cinsə daxildir. Təkcə onurğalılar faunamızda 700 
növlə təmsil olunmuşdur (Yusifov 2002).

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə