Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


İqtisadi problemlərin həllində ekoloji problemlərlə



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə71/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   191
etraf muhitin iqtisadiyyati

2. İqtisadi problemlərin həllində ekoloji problemlərlə 
əlaqənin nəzərə alınması 
 
Müasir dünya təsərrüfatında yeni növ məhsulların 
istehsalı artmışdır. Son 30 il ərzində inkişaf etmiş səna-
ye ölkələrində əvvəllər istehsal olunmayan yeni məhsul 
növləri buraxılmışdır ki, bu da ümumi məhsul çeşidinin 
50 %-nə bərabərdir. Bu istiqamətdə kimya və energetika 
sənayesi xüsusi əhəmiyyət kəsb edir. Məhz dünya təsər-
rüfat sistemində energetikanın belə artımı insanın ətraf 
mühitə təsirini gücləndirir.
Dünya sənaye və kənd təsərrüfatı istehsalının miq-
yası və xüsusiyyətlərində baş verən böyük dəyişikliklər, 
ətraf mühitin qorunub saxlanmasında bilavasitə əhəmiy-


136
yəti olan texnika və texnologiyadakı dəyişikliklərdə öz 
əksini lazımi səviyyədə tapmamışdır. Nəticədə bütün 
dünyada təbiətdən istifadənin bir sıra yeni problemləri 
ortaya çıxmış və ənənəvi köhnə problemlər kəskinləş-
mişdir. İstehsalın və emalın sürətlə artması ilə əlaqədar 
olaraq tullantıların həcminin kəskin surətdə artması, ət-
raf mühitin çirklənməsinə və ekoloji tarazlığın pozulma-
sına gətirib çıxara bilər. Ətraf mühitin yolverilməz dərə-
cədə çirklənməsinin səbəbi həm də müasir istehsalın sü-
rətidir. Beləliklə, təbiətlə cəmiyyətin qarşılıqlı münasi-
bəti mahiyyətcə dəyişərək mürəkkəbləşmiş və daha ge-
niş məna kəsb etmiş, qlobal əhəmiyyət almışdır. 
Problemin ziddiyyətli xarakteri həm də onunla 
izah olunur ki, hazırda təbiətlə insan cəmiyyəti arasında-
kı qarşılıqlı əlaqə müxtəlif sosial-iqtisadi sistemlərin 
differensiasiyası şəraitində gedir. Sənayenin tərəqqisi, 
onun təbii ehtiyatlardan istifadə edən sahələrinin sürətli 
inkişafı ilə əlaqədardır. Hazırda dünya ölkələrində neft, 
kömür, dəmir filizi, polad, koks, sement, mineral gübrə-
lər, meşə materialları istehsalı, suyun istifadəsinin həc-
mi və becərilən torpaq sahələri geniş miqyas almışdır. 
Lakin, inkişaf etmiş ölkələrdən fərqli olaraq Respubli-
kamızda istehsal həcminin milli gəlirə çevrilməsi sahə-
sində əldə olunan nəticələr hələ aşağı səviyyədədir. İs-
tehsala cəlb edilən təbii ehtiyatların səmərəli istifadə 
olunması bir tərəfdən milli gəlirin çoxalmasına, digər tə-
rəfdən isə xammalın, yanacağın qənaətlə istifadəsinə şə-
rait yarada bilər. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə