Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə70/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   191
etraf muhitin iqtisadiyyati

təbii sərvətlərin iqti-
sadi qiymətləndirilməsinin əsas göstəriciləri ilkin və 
təkrar xammalın istifadəsində
, məsələn, 1 t filizə, 1 
m
3
suya sərf edilən 
məsariflə gəlirin
həcmi arasındakı 
fərq nəzərə alınmalıdır. Burada əsas məqsəd müvafiq 
əmək, vəsait şəraitində təkcə əldə edilən gəliri deyil, 
eləcə də iqtisadi, sosioloji və təbiəti mühafizə tədbirləri-
nin səmərəliliyini təyin etməkdən ibarətdir. Bu sahədə 
başqa mülahizələr də irəli sürülmüşdür. Bunun əsas 
məzmunu təbii sərvətlərin iqtisadi qiymətləndirilməsin-
də dağ-mədən rentası və bu rentadan əldə edilən gəlirlə 
ifadə edilir. Belə olduqda iqtisadi qiymətləndirmə hər 


133
hansı təbii sərvəti istifadə edən sənaye müəssisəsinin in-
kişaf və fəaliyyət xüsusiyyətlərini də nəzərə alır. Bunun 
əsasını müəyyən istehsal planının yerinə yetirilməsi 
dövrü ərzində xammaldan alınan məhsul istehsalına sərf 
edilən əşyalaşmış və canlı material sərfi səmərəliliyi təş-
kil edir. Bu çoxlu miqdarda iqtisadi statistik materialla-
rın təhlilini tələb edir. Belə mürəkkəb işlər ixtisaslaşdı-
rılmış müəssisələrin müvafiq şöbələrinin və laboratori-
yalarının mövcudluğu şəraitində daha müvəffəqiyyətlə 
yerinə yetirilə bilər. 
Qeyd etmək lazımdır ki, xalq təsərrüfatı mübadilə-
sinə verilən ilkin və təkrar xammaldan alınan səmərə ilk 
emal prosesində (xırdalama, saflaşdırma, neytrallaşdır-
ma) deyil, onların son mərhələdə emalından (hazır məh-
sul istehsalından) sonra müəyyən edilir. Buna görə hə-
min sərvətlərin iqtisadi qiymətləndirilməsi ekoloji mü-
hitin normal inkişafı, ətraf təbii mühitin mühafizəsini tə-
min etmək şərti ilə istifadə prosesinin son mərhələsinə - 
istehsalın səmərəliliyinə əsaslanmalıdır. 
Elmi-texniki tərəqqinin nailiyyətləri şəraitində tə-
biətlə cəmiyyət arasındakı qarşılıqlı vəhdətə əməl edil-
məsi zəruriliyinin nəzərə alınması məqamının “sərfəli” 
və “sərfəsiz” xammal arasındakı istehsal fərqləri və tex-
noloji üsulların tətbiqi şəraitində hər hansı müəssisə 
üçün hətta “sərfəsiz” və keyfiyyətsiz hesab edilən xam-
malın emalı son mərhələdə xalq təsərrüfatı kompleksin-
də faydalı ola bilər. Göstərmək lazımdır ki, Yerin təkin-
dən çıxarılan xammaldan alınan məhsulların qiyməti is-
tismara vermək faydalı qazıntı mədənlərinin səmərəlili-


134
yini ifadə edə bilməz. Keyfiyyətsiz faydalı qazıntı mə-
dənlərində çıxarılan “kasıb” xammaldan alınan məhsu-
lun dəyərinə “orta satış qiyməti ilə” müqayisə etsək gös-
tərilən xammalın istifadəsi sərfəsiz olur. Lakin, xalq tə-
sərrüfatının müxtəlif çeşidli faydalı qazıntı xammalına 
olan müasir tələbat şəraitində “kasıb” xammaldan da is-
tifadə edilməsi zəruridir. Bu milyon illərin yaratdığı 
məhsulların səmərəli istifadə edilməsini təmin edən mü-
hüm amildir. İqtisadi qiymətləndirmə vaxtı belə sərvət-
lərlə yanaşı istifadə edilməyən, lakin gələcəkdə istifadə-
si mümkün olan ehtiyatlar da nəzərə alınmalıdır. Burada 
iqtisadi qiymətləndirmənin müasir göstəriciləri şərti qə-
bul edilə bilər.
İstehsalın elmi-texniki tərəqqinin müasir inkişafın-
da və bütün təbii sərvətlərdən istifadə edilməsi prosesin-
də mineral xammal ehtiyatı təkcə əmək şəraiti olmaya-
raq, əmək alətinin nəticəsinin və göstərilən sərvətlərin 
təkrar istehsalının nizamlayıcısı kimi özünü ifadə edir. 
Mineral xammal ehtiyatının sənaye istehsalı prosesində 
təkrar istehsala nail olunması geoloji kəşfiyyat işlərinin 
düzgün təşkili, xammaldan kompleks istifadə edilməsi 
istehsal tullantılarının yenidən emala verilməsi, korlan-
mış torpaqların rekultivasiya yolu ilə istifadəyə cəlb 
edilməsi şəraitində mümkündür. İstehsalın belə təşkili 
şəraitində təbiətdən alınan sərvət və məhsullar dəyər da-
şıyıcısına çevrilir və istehsal vasitələrinə daxil edilməklə 
son mərhələlərdə hazır məhsul şəklində istehsala verilir. 
Mineral sərvətlər əmək məhsulu və dəyər daşıyıcısı ki-
mi istehsalın inkişafının yerləşdirilməsinə, sənaye kom-


135
plekslərinin yaradılması və fəaliyyətinə təsir edən mü-
hüm amildir. Lakin, bunun səmərəliliyi təsərrüfat əhə-
miyyəti, iqtisadi qiymətləndirmə mexanizmi vasitəsilə 
ictimai istehsalda xüsusilə emal və realizasiya prosesin-
də tutduğu mövqedən asılıdır. Planlaşdırma və məhsul-
dar qüvvələrin səmərəli inkişafı təsərrüfatın idarə edil-
məsində əlverişli variantların seçilməsini və tətbiqini 
təbii sərvətlərə qiymət qoyulmasının ətraf təbii mühitin 
mühafizəsinə dair dövlət qərarlarını həyata keçirməyi 
tələb edir. Bu baxımdan mineral sərvətlərin iqtisadi qiy-
mətləndirilməsinin əhəmiyyətli olması, xərc və əmək 
sərfi nəzərə alınmaqla nəinki iqtisadi səmərə almaqda, 
eləcə də geoloji mühitin normal inkişafına şərait yarat-
maqda özünü göstərir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə