Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Təbii ehtiyatların səmərəli istifadəsinin mühüm



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə72/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   191
etraf muhitin iqtisadiyyati

Təbii ehtiyatların səmərəli istifadəsinin mühüm 


137
problemlərindən biri, təbii sərvətlərin istifadə xüsu-
siyyətləri, istifadə dərəcəsi və əmək ehtiyatlarının is-
tifadəsi arasındakı qarşılıqlı əlaqədir.
Bəzən belə olur 
ki, istehsalın bir sahəsinin inkişafı nəticə etibarı ilə bü-
tövlükdə ölkənin təsərrüfat kompleksi üçün zərərli nəti-
cə verir. Məsələn, mineral gübrələrin və pestisidlərin 
tətbiqi yüksək iqtisadi səmərə verir. Lakin, bütün dün-
yada olduğu kimi Respublikamızda da mədəni bitkilərin 
mineral gübrələrin tərkibindəki maddələri mənimsəməsi 
40 % təşkil edir. Onların qalan 60%-i torpaqdan yuyu-
laraq qrunt sularına, su təchizatı obyektlərinə daxil olur. 
Nəticədə su mənbələri çirklənməyə məruz qalır. Belə 
çirklənmə nisbətən sağlam təbiətə malik regionlarda bu-
laqların, müalicə xarakterli obyektlərin, torpaqların ya-
rarsızlaşmasına gətirib çıxarır. Nəticədə bu itki çox 
vacib sosial-iqtisadi zərərlə nəticələnir. 
Hazırkı şəraitdə təbii ehtiyatlardan istifadə də hər 
hansı bir sahə başqa sahələr üçün rəqabət olmamalıdır. 
Təbii və əmək ehtiyatları vəhdət təşkil etməli, onların 
inkişafına bir-birindən ayrı baxılmamalı və səmərəli əla-
qələndirilməlidir. 
Təbii sərvətlərin təkrar istehsalı, müxtəlif faydalı 
qazıntı ehtiyatlarının tükənməsinin, ətraf mühitin zərərli 
tullantılarla çirklənməsinin qarşısını alır. Həmçinin tək-
rar istehsal, ehtiyatlardan səmərəli istifadəyə şərait yara-
dır. Hesablamalar göstərir ki, sənayedə hər bir damcı 
yanacağa qənaət etmək ildə ton yarım məhsula bərabər-
dir. Bir ton tullantı halında atılan yağ yenidən emal edil-
sə, 700-800 kq təmiz sürtgü yağı alına bilər.


138
Metala olan tələbatın ödənilməsində metalların tək-
rar emalı və istifadəsi mühüm yer tutur. Hazırda bütün 
dünyada olan metalın 30 %-ə qədəri təkrar emal hesa-
bında, yəni, əvvəllər istifadə olunmuş, sonra isə yarar-
sızlaşmış məmulatın metalı hesabına ödənilir. Metalla-
rın dövri istifadəsi, yəni uzun müddət müxtəlif məqsəd-
lərə xidmət etməsi həyata keçirilir ki, bu da bir tərəfdən 
metala qənaətə, digər tərəfdən də ətraf mühitin metal 
tullantıları ilə çirklənməsinin qarşısını almağa imkan ya-
radır.
Faydalı qazıntıların çıxarılması və texnologiyası 
üçün kompleks və tam çıxarılma üsulları hazırlanmalı, 
sənayedə və tikintidə tullantılara ikinci ehtiyat, xammal 
mənbəyi, materialı kimi yanaşılmalıdır. Sənaye müəssi-
sələrinin tullantılardan qiymətli elementlər (məs., ger-
manium) əldə etmək mümkündür. Bəzi alüminium za-
vodlarında elektrotexnikanın tətbiqi nəticəsində qarşıda-
kı bütün komponentlər ayrılır, təkrar istehsal üçün əlavə 
xammal əldə edilir. Hesablamalar göstərir ki, müasir 
texnologiya faydalı qazıntı yataqlarının ümumi ehtiyat-
ların 30-50%-ni istifadə etməyə imkan verir. Deməli, 
yataqlardakı metal, neft və digər faydalı qazıntıların çıxa-
rılması zamanı yarıdan çoxu yerin təkində qalır. Çıxarı-
lan filizin bir hissəsi onun ilkin emalında, xüsusilə saf-
laşdırma prosesində, sonradan əridilmədə, məmulatlar 
hasilatında və s. itir. Belə itkilərin qarşısı alınarsa, meta-
la tələbatı təmin etmək və ehtiyatlara qənaət etmək olar.
Tullantılar (bərk, qaz və maye halında olan qalıq-
lar) özü də xammal sayılır. Məsələn, kanalizasiya sula-


139
rında gübrə kimi, çirkab suların müvafiq təmizləmələr-
dən sonra yenidən istifadə edilməsi, havaya buraxılan 
milyon tonlarla qazların istifadəsi mühüm problemlər-
dən biridir. Sənaye və kənd təsərrüfatı mənşəli tullantı-
ların təkrar istehsalı ölkəyə milyard manatlarla əlavə gə-
lir verməklə yanaşı, ətraf mühitin çirklənməsinin də qar-
şısını ala bilər. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə