153
edilməlidir. Son illərdə biz özümüzü əsas ərzaq məh-
sulları ilə böyük dərəcədə təmin edə bilmişik....Ət və ət
məhsullarının özünü təminetmə səviyyəsi 94%-dir, quş
əti 92%-dir, ...yumurta ilə 96,5%, süd və süd məhsulları
ilə 75%, taxılla 65%, üzümlə 94%, kartofla 98%, bostan
məhsulları ilə 100%, meyvə və giləmeyvə 126%,
tərəvəz 100%, şəkər və şəkərdən hazırlanan məhsullar
124%, bitki yağları və marqarin 70%, kərə yağı 50%.”
Qeyd edək ki, qlobal səviyyədə ərzaq təhlükəsizli-
yi ilə bağlı fəaliyyət 35 beynəlxalq təşkilat tərəfindən
həll olunur. Onlar istehsalat, idxal, ərzaq yardımı, əhali-
nin ərzaqla təmin edilməsi və ərzaq ehtiyatlarının təşkil
edilməsi üzrə uzunmüddətli proqram hazırlayaraq, döv-
lətlərin sabit iqtisadi inkişafı üçün münasib zəmin yara-
dır. Bu sahədə aparıcı rol FAO, Kənd Təsərrüfatı İnkişa-
fı üzrə Beynəlxalq Fond kimi ixtisaslaşmış təşkilatlara
məxsusdur. Bilavasitə ərzaq təhlükəsizliyi məsələləri ilə
BMT-nin Baş Assambleyasının tabeçiliyində olan Ümum-
dünya Ərzaq Şurası və Dünya Ərzaq Proqramı (BMT və
FAO-nun ərzaq yardımı göstərmək məqsədilə yaranmış
birgə orqanı) məşğul olur.
Dostları ilə paylaş: