Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə82/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   191
etraf muhitin iqtisadiyyati

ölkəmiz ərzaq təhlükəsizliyinin 
təmin edilməsini şərtləndirən aşağıdakı amilləri nə-
zərə almalıdır: 
1)
ölkədə ərzaq və yeyinti məhsulları istehsalının 
səviyyəsi; 
2)
ərzaq məhsullarının qiymətlərinin səviyyəsi; 
3)
ölkənin əhalisinin alıcılıq qabiliyyəti; 
4)
hər bir ölkədə əhalinin artım səviyyəsi; 
5)
dövlətin ərzaq ehtiyatlarına malik olması; 
6)
ərzaq məhsulları istehsalının dövlətin iqtisadi 
siyasəti ilə dəstəklənməsi. 
Ərzaq təminatının ən mühüm sahələrindən biri – 
kənd təsərrüfatı istehsalıdır. Sahənin inkişafı maddi is-
tehsalın digər sferalarının fəaliyyətini şərtləndirir (mad-
di-texniki təminat, aqroservis, emal və s.) 


156
Kənd təsərrüfatı ərzaq təminatında əsas ünsür ola-
raq, öz potensiallarının yeniləşdirilməsini (torpağın məh-
suldarlığı, əsas və dövriyyə fondları, əməyin keyfiyyəti 
və kəmiyyəti və s.) investisiya qoyuluşlarında priori-
tetliyi tələb edir. 
Ölkəmiz böyük istehsal potensialı, xammal və 
əmək ehtiyatları ilə zəngin olduğu halda xaricə az miq-
darda kənd təsərrüfatı və ərzaq məhsulları ixrac edir. Bu 
ölkənin yaxın gələcəkdə ümumi ixracında hazır məhsu-
lun xüsusi çəkisinin artırılmasını tələb edir. Bunun iqti-
sadi mahiyyəti onunla ifadə olunur ki, bu ölkəyə əhə-
miyyətli dərəcədə valyuta daxilolmalarının artmasına 
şərait yaradır, yerli istehsalın və məşğulluğun artırılma-
sına səbəb olur. Ona görə də xarici investorlarla müştə-
rək müəssisələr (emal və xidmət müəssisələri) yaradıl-
masına diqqət artırılmalıdır. Bu vaxt yerli müəssisələrin 
imkanları artmır, həm də istehsal olunmuş məhsul üçün 
xarici bazar tapılması və problemlərin həlli də asanlaşır. 
Ona görə də Respublikamızda: 1) istehsal edilən 
kənd təsərrüfatı məhsulları artırılmalı; 2) həmin məhsul-
lara çəkilən xərclərə diqqət yetirilməli; 3) ölkəmiz tex-
noloji imkanlarının məhdudluğu üzündən pambıq, şərab 
yarımfabrikatları, fermentləşdirilmiş tütün, barama və s. 
xammal ixrac edən ölkə kimi çıxış etdiyindən texnologi-
yanın təkmilləşdirilməsinə diqqəti artırmalıdır. Məhsul-
lar rəqabətə davamlı olmaqla keyfiyyət göstəriciləri 
dünya standartlarının tələblərinə uyğun gəlməlidir. Ona 
görə də yeni texnika və texnologiyanın tətbiqinə investi-
siya yönəldilməsi daxili imkanlara arxalanmalıdır. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə