Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə83/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   191
etraf muhitin iqtisadiyyati

 
 


157
VI FƏSİL 
İQTİSADİ İNKİŞAF VƏ EKOLOJİ AMİLLƏR 
 
1.
Ətraf mühit və təbiətdən səmərəli istifadənin 
iqtisadi inkişafa təsiri; 
2.
İqtisadi inkişaf və ekoloji amillər; 
3.
Ətraf mühit və təbiətdən istifadənin optimallaş-
dırılmasında vergi sisteminin rolu; 
4.
Ətraf mühit və təbiətdən istifadənin və ekoloji 
ziyanın qiymətləndirilməsi. 
 
1. Ətraf mühit və təbiətdən səmərəli istifadənin 
iqtisadi inkişafa təsiri 
 
Dünyanın ayrı-ayrı ərazilərinin təbii şəraiti və sər-
vətləri müxtəlifdir. Onların geosistemdə inkişafı, forma-
laşması, texnogen təsirlər altında dəyişməsi mürəkkəb 
təbii, iqtisadi, ekoloji mühit daxilində gedir. İnsanın fəa-
liyyəti nəticəsində geosistemdə gedən pozulmaların sirri 
və mexanizmi hələ də dəqiq öyrənilməmişdir. Ətraf tə-
bii mühitin təbii sərvətlərin ərazi üzrə öyrənilməsində 
elmi-tədqiqat müəssisələri, nazirliklər, təşkilatlar və s. 
torpağın, su ehtiyatının, meşə və bitki örtüyünün, fayda-
lı qazıntıların, kurort, sanatoriya sərvətlərinin tədqiqa-
tında müəssisələrarası uzlaşmanın zəifliyi üzündən təbii 
sərvətlərin imkanları haqqında məlumatlar çox halda də-
qiq olmur. Təbiidir ki, bunlar ətraf təbii mühitin opti-
mallaşdırılması problemlərinin həlli üçün möhkəm baza 
ola bilməz. Təbii sərvətlərdən səmərəli istifadə edilməsi, 
ətraf təbii mühitin mühafizəsinin düzgün təşkili, ekoloji 


158
mühitin saflığının təmin edilməsi təbiət üzərində vahid 
rəhbərliyin təşkilini tələb edir. Çünki təbii sərvətlərdən 
istifadə, xüsusən təbiətin əsas komponentlərinə, yer qa-
bığına, hidroqrafik şəbəkəyə, torpaq örtüyünə, heyvan 
və bitki aləminə, meşələrə, bioloji aləmə, faydalı qazın-
tılara, eləcə də təbiətdə gedən texnogen dəyişikliklərə 
biganəlik mövcuddur, bunlar qlobal məsələ kimi qal-
maqdadır. Müharibədən sonrakı illərdə inkişaf etmiş və 
əhalisi sıx olan rayonlarda meliorasiya tədbirlərinin apa-
rılması, geniş sahələrdə bataqlıqların qurudulması, quru 
çöllərə, səhralara su çəkilməsi, suvarma əkinçiliyinin, 
otlaqların genişləndirilməsi məqsədilə meşələrin, kol-
luqların qırılması, faydalı qazıntıların çıxarılması nami-
nə yerin üst qatının qazılıb parçalanması halları geniş 
yayılmışdır. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə