Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə86/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   191
etraf muhitin iqtisadiyyati

təbiətlə kənd 
təsərrüfatı arasındakı qarşılıqlı əlaqəni
dəyişdirməklə 
kənd təsərrüfatı istehsalının ətraf mühitə təsirini güclən-
dirir. Bu özünü müxtəlif istiqamətdə büruzə verir. 
Bi-
rinci,
torpaqlardan intensiv istifadə olunması bir tərəf-
dən torpaq əmələgəlmə prosesini pozur, onların kimyəvi 
maddələrlə başqa tullantılarla çirklənməsinə, digər tərəf-
dən eroziyaya məruz qalmasına səbəb olur. 
Ikinci
, meşə 
örtüyündən, kolluqlardan, otlaq və biçənəklərdən səmə-
rəsiz istifadə olunması meşələrin sıradan çıxmasına, su 
mənbələrinin korlanmasına və tədricən sıradan çıxması-
na səbəb olur. 
Üçüncü
, faydalı qazıntıların çıxarılma-
sında köhnə, əvvəlki üsullardan istifadə olunması torpaq 
örtüyünü, dağ massivlərini sıradan çıxarır, ətraf mühiti 
zərərli maddələrlə çirkləndirir. 
Azərbaycanda bazar iqtisadiyyatı şəraitində ekolo-
ji-iqtisadi formalaşdırma dövlətin ekoloji balanslaşdırıl-
mış islahatlar və makro səviyyədə uyğun iqtisadi mühi-
tin yaradılmasının köməyi ilə həyata keçirilə bilər. 
Sə-
mərəli ekoloji siyasəti həyata keçirmək üçün tətbiq 


163
edilən tədbirlərin səviyyəsi, miqyası, onların təsir hü-
dudlarının müəyyənləşdirilməsi çox mühümdür. Bu-
rada 2 qrup tədbirləri fərqləndirmək olar: 
1)
 
Makroiqtisadi tədbirlər; 
2)
 
Ekoloji istiqamət daşıyan tədbirlər. 
Birinci qrupa
ümumi iqtisadiyyat çərçivəsində və 
ya milli iqtisadiyyatın sektorları səviyyəsində aparılan 
tədbirlər daxildir. Bu tədbirlər arasında qarşısında aşkar 
ekoloji məqsəd qoymayan iqtisadiyyatın quruluşunda 
dəyişikliklər aparılması tələbi durur. Buna milli valyuta-
nın kursunun dəyişməsi, dövlət büdcəsi kəsirlərinin 
azaldılması, maliyyə-kredit siyasəti¸ xarici ticarətin libe-
rallaşdırılması, xüsusi sektorun gücləndirilməsi, vergi 
siyasətində islahatlar, xarici investorlar üçün şəraitin 
yaxşılaşdırılması iqtisadiyyatın əsas sektorlarına subsi-
diya siyasətinə yenidən baxılması və s. kimi tədbirlər 
aiddir. Bütün bu tədbirlər, mexanizmlər və islahatlar bu 
və ya digər dərəcədə ekoloji vəziyyətə təsir edirlər. 
İkinci qrupa
dəqiq ekoloji meylə malik olan təd-
birlər: “ekoloji” verginin, ətraf mühitin çirkləndirilməsi-
nə görə müxtəlif növlü ödənişlər və cərimələrin tətbiq 
edilməsi, təbiəti mühafizə standartı və normativlərin
qəbul edilməsi, region və ya sahələr üzrə ekoloji proq-
ramların qəbul edilməsi və s. aid edilir. Bu tədbirlərin 
obyekti ətraf mühitin mühafizəsi və təbii sərvətlərin isti-
fadəsinin yaxşılaşdırılmasıdır. 
Müasir iqtisadiyyatda qərarları qəbul edən şəxslər 
tərəfindən iqtisadi inkişafı, iqtisadi artım və əhalinin ri-
fah halının artım sürətlərini müəyyənləşdirən makroiqti-
sadi tədbirlərin üstünlüyü əsas götürülür. Bu zaman hə-


164
yata keçirilən makroiqtisadi tədbirlərin ekoloji nəticələri 
ya nəzərə alınmır, yaxud da ona minimum əhəmiyyət 
verilir. 
Makroiqtisadi siyasət və onun ekoloji təsiri arasın-
da qarşılıqlı əlaqəni göstərmək üçün 
tədbirlərin təsiri 
matrisinin 
qurulmasından istifadə edilə bilər. Makroiqti-
sadi tədbirlər üçün bu cür matrisin qurulması onların ət-
raf mühitə və ayrı-ayrı təbii sərvətlərə təsiri ilə əlaqəsini 
izləməyə imkan verir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə