169
Bu sahədə kütləvi mətbuat vasitələrindən geniş istifadə
edilməlidir.
Təbii mühitin optimallaşdırılması inzibati, iqti-
sadi, hüquqi, texnoloji, ekoloji təsirlərin dəqiq uzlaş-
dırılmasını tələb edir.
Belə olmasa, ən ciddi cəhətlər və
tədbirlər belə səmərəsiz qalar. Qeyd etmək lazımdır ki,
müxtəlif tabeçilik şəraitində təbiəti mühafizə həyata ke-
çirilən “idarə” səciyyəli tədbirlər, adətən,
səmərəsiz
olur. Məsələn, suvarma kanallarının və su anbarlarının
tikilməsi energetika və nəqliyyat sahələrində sərfəli ol-
duğu halda, balıqçılıq təsərrüfatına böyük ziyanlar vu-
rur. Buna görə bunlar istehsal və ekoloji səpgidə müəy-
yən ziddiyyətlər əmələ gətirir.
Təbii ehtiyatlar daşınan və daşınmaz əmlakdan
(torpaq, su, meşələr, minerallar və s.)
ibarətdir.
Bu eh-
tiyatlar - əmlak bazarı, torpaq bazarı və s. iqtisadi müna-
sibətləri əhatə etməklə və s.
ətraf mühitdən istifadənin
iqtisadiyyatının əsas obyektləridir.
Burada əmlakın –
torpağın, faydalı qazıntıların (filiz, neft və s) qiymət-
ləndirilməsi və uçotu, qeydiyyatı sistemi yaradılır,
planlaşdırılması, vergiyə cəlb edilməsi tətbiq edilir.
Bu iqtisadi sahələr arasında iqtisadi əlaqələrin tənzim-
lənməsində mühüm rol oynayır.
Təbii sərvətlərin uçotu
və qeydiyyatı investisiya qoyulması, icarə hüququ, borc,
istifadə, girov hüququ və digər münasibətləri tənzimlə-
məyə əsas verir. Burada yerli idarəetmə orqanlarının hü-
quqları təmin edilməlidir. Bu sərvətlər üçün qanunveri-
ciliyə uyğun onun istifadəsi
və vergiyə cəlb edilməsi
dövlətin maraqlarını təmin etməlidir.
Dostları ilə paylaş: