Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Təbii sərvətlərdən istifadə edilməsində ətraf



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə88/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   191
etraf muhitin iqtisadiyyati

Təbii sərvətlərdən istifadə edilməsində ətraf 
mühitin mühafizəsinin optimallaşdırılmasına iqtisa-
di, texniki, texnoloji, sosioloji təbiəti mühafizə amil-
ləri səbəb olur. Lakin, istehsal texnologiyasının tək-
milləşdirilməsinə, ilkin və təkrar xammaldan komp-
leks, itkisiz istifadə edilməsinə yönəldilən tədbirlər 
çoxlu kapital qoyuluşu və əmək sərfi tələb edir.
Mə-
sələn, Selença çayı hövzəsində tikilən təmizləyici qur-
ğuların dəyəri, çirkab sularını Baykal gölünə axıdan 
müəssisələrin dəyərinin 20-22%-ni təşkil edir. Bəzi 
hallarda təmizləyici qurğuların dəyəri əsas istehsal 
fondlarının 30-35 %-i qədər olur. Lakin, son iqtisadi 
səmərə şəraitində bu müəssisələrin yaradılması zəru-
ridir. İndi iqtisadçıların, mühəndislərin, texnoloqların, 
ekoloqların və müvafiq mütəxəssislərin mühüm vəzifə-
lərindən biri də torpağın, suyun, havanın, otlaqların, 
əkin sahələrinin çirkləndirilməsindən təbii sərvətlərdən 
istifadəsində sərfəli texnoloji üsulların tətbiqinə nail ol-
maqdan ibarətdir. Bunun üçün ilk növbədə təbii ehtiyat-
ların iqtisadi qiymətləndirilməsinin və onların istifadə-
sində optimal modellərini seçməyin böyük əhəmiyyəti 
vardır. 
Ətraf təbii mühitin mühafizəsinin optimallaş-
dırılmasında xammalın istifadəsində, iqtisadi fayda-
lılığın yüksəldilməsində texnologiya, kimya, iqtisa-
diyyat və iqtisadi coğrafiya elmləri bir-birilə sıx 
surətdə əlaqədardır.
Təbii sərvətlərin qruplaşdırılma-
sında iqtisadi-coğrafi konsepsiya böyük əhəmiyyətə ma-
likdir. Bununla yanaşı canlı orqanizmlərdən bəhs edən 
elmlərin qarşısında böyük problem durur. Təbiətdə olan 
canlıların orqanizminə təsir edən müxtəlif texnogen də-


168
yişiklikləri müəyyən etmək məqsədilə orqanizmin özü-
nün uyğunlaşma imkanları hələlik hərtərəfli öyrənilmə-
mişdir. İnsanlara təsir edən zərərli maddələrin kəmiyyət 
keyfiyyətinin sosial-iqtisadi, ekoloji cəhətdən qiy-
mətləndirilməsi kompleks tədbirlər sırasına daxildir. Bu 
sahədə nəzərə çarpan çətinliklər ondan ibarətdir ki, ayrı-
ayrı ölkələrdə tullantıların ətraf mühitə təsiri müxtəlif 
səpgidə olur. Belə şəraitdə istər dünya miqyasında, is-
tərsə də Respublikalarda ətraf mühitin çirklənməsinin 
ekoloji, sosial-psixoloji nəticələri kifayət dərəcədə öyrə-
nilməmişdir. 
Əhalinin urbanizasiyasının, istehsalın təmərküzləş-
dirilməsinin təbiətə etdiyi təsirin kəmiyyət və keyfiyyət 
göstəricilərini iqtisadi səpgidə öyrənmək böyük əhəmiy-
yət kəsb edir. Konkret orqanizmə olan təsir dairəsini 
araşdırmaq elmi əsaslar üzərində aparılmalıdır.
Ətraf təbii mühitin optimallaşdırılmasının elmi cə-
hətlərinə keçməzdən əvvəl qeyd etmək lazımdır ki, ya-
şından, təhsildən, peşəsindən asılı olmayaraq əhalidə
cavanlarda təbiətə şüurlu, ehtiyatlı münasibət bəsləmək 
və təbiəti qorumaq üçün onları vətənpərvərlik ruhunda 
tərbiyə etmək lazımdır. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə