Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


 Ətraf mühit və təbiətdən istifadənin və ekoloji



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə91/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   191
etraf muhitin iqtisadiyyati

4. Ətraf mühit və təbiətdən istifadənin və ekoloji 
ziyanın qiymətləndirilməsi 
 
Ətraf mühitin qorunmasının, onun müxtəlif qarı-
şıqlarla çirklənməsinin qarşısının alınması və ziyanların 
qiymətləndirilməsi üçün düzgün məlumat sisteminin 
yaradılması böyük əhəmiyyət kəsb edir. Bu məlumatlar 
vasitəsilə hansı regionda kimlər tərəfindən ətraf mühitə 
dəyən zərərin qarşısı daha tez alınır, onun genişlənərək 
böyük əraziləri tutmasına imkan verilmir. Təbiətdən 
istifadə edilməsinin və ətraf mühitin mühafizəsinin idarə 
olunması bəşər cəmiyyəti qarşısında duran başlıca vəzi-
fədir. Lakin, bu məsələnin qoyuluşu, həlli kompleks 
qiymətləndirilmədikdə heç bir nəticə vermir. Hətta daha 
kəskin ekoloji hadisələrin törəməsinə səbəb olur. “İnsan 
– cəmiyyət – istehsal – təbiət” kimi mürəkkəb sxem 
üzrə təsərrüfat, rayon, respublika və dünya miqyasında 
həll olunmalıdır. Buradan belə bir nəticəyə gəlmək olar 
ki, müasir təsərrüfatçılıq şəraitində təbii ehtiyatlardan 
istifadə etdikdə, prosesə iqtisadi səmərəlilik baxımından 
qiymət verməklə yanaşı, onun ekoloji cəhətdən müha-
fizəsi də nəzərə alınmalıdır. Son bir neçə onilliklər ər-
zində Azərbaycan dövləti təbiətin qorunması haqqında 
bir sıra qanun və qərarlar qəbul etmişdir. Bu qanun və 
qərarlarda iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının 
daha da inkişaf etdirilməsi, əhalinin getdikcə artan mad-
di, mədəni və estetik tələblərinin təmin olunması, təbii 


174
sərvətlərdən (torpaq, faydalı qazıntılar, su, bitki və hey-
vanlar aləmindən, abidələrdən) planlı surətdə istifadə 
olunması, ehtiyatların xüsusi qayğı ilə qorunması 
vacibliyi göstərilmiş və tövsiyə olunmuşdur. Azərbay-
can Respublikası Nazirlər Kabineti tərəfindən 1980-ci 
ildə “Respublikada təbiətin mühafizə olunmasına və tə-
bii ehtiyatlardan səmərəli istifadə edilməsinə nəzarəti 
gücləndirmək haqqında” qərar qəbul edilmişdir. Həmin 
qərarda Respublikada təbiəti mühafizə tədbirlərinin hə-
yata keçirilməsinə nəzarəti gücləndirmək, təbii mühitin 
vəziyyətini yaxşılaşdırmaq, tullantıların təbii mühitə və 
əhalinin sağlamlığına zərərli təsirini aradan qaldırmaq, 
təbiəti mühafizə sahəsində olan tapşırıqların vaxtında və 
keyfiyyətlə yerinə yetirilməsi üçün təşkilati-texniki təd-
birlər hazırlayıb həyata keçirmək nəzərdə tutulmuşdur. 
Sənaye müəssisələri və qurğuları, digər kənd təsərrüfatı 
obyektləri tikintisi və yenidən qurulması layihələrində 
ekoloji tələblərə əməl edilməsi məsələlərinə də xüsusi 
diqqət yetirilmişdir. Bununla yanaşı Respublika höku-
məti tərəfindən müxtəlif illərdə “Təbiəti mühafizə” 
(27.10.1960), “Xəzər dənizinin çirklənmədən qorunması 
üzrə əlavə tədbirlər haqqında” (16.10.1977), “Azər-
baycanda təbiətin mühafizəsini gücləndirmək və təbii 
ehtiyatlardan istifadə edilməsini yaxşılaşdırmaq sahə-
sində əlavə tədbirlər haqqında” (1978), “Ölkədə vahid, 
ixtisaslaşdırılmış aqrokimyəvi xidmətin yaxşılaşdırıl-
ması haqqında” (1979), “Atmosfer havasının mühafizəsi 
haqqında” (1989), “Heyvanlar aləminin mühafizəsi və 
ondan istifadə haqqında” (1980), “Qırmızı kitab haqqın-
da” (1983) qərarlar qəbul olunmuşdur. Bu qanun və qə-


175
rarlar müəyyən dərəcədə ətraf mühitin qorunması, onun 
zərərli tullantılarla çirklənməsinin qarşısının alınmasına 
xidmət etmişdir. Son 30-35 il ərzində elmi-texniki 
tərəqqinin inkişafı, onun istehsalata tətbiqinin güclən-
məsi, yeni sənaye müəssisələrinin yaradılması ətraf mü-
hitin zərərli qarışıqlarla çirklənməsinə səbəb olmuşdur. 
Kosmosun fəthi, yeni silah növlərinin sınaqdan keçi-
rilməsi atmosferi, torpağı, suyu çirkləndirilmiş, müxtəlif 
xəstəliklərin əmələ gəlməsinə şərait yaratmışdır. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə