Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə93/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   191
etraf muhitin iqtisadiyyati

 
 
 
 
 
 
 
 
 
 


177
VII FƏSİL.
ƏTRAF MÜHİT VƏ TƏBİİ EHTİYATLARIN 
QİYMƏTLƏNDİRİLMƏSİ FUNKSİYALARI VƏ 
NÖVLƏRİ 
 
1.
Ətraf mühit və təbii ehtiyatların qiymətləndiril-
məsi növləri; 
2.
Ətraf mühit və təbii ehtiyatların qiymətləndi-
rilməsi funksiyaları; 
3.
Təbii ehtiyatların müxtəlif növlərinin qiymət-
ləndirilməsi üsulları; 
4.
Təbii kadastrlar; 
5.
Torpaq, meşə və su kadastrları. 
1. Ətraf mühit və təbii ehtiyatların 
qiymətləndirilməsi növləri 
Ətraf mühitdən səmərəli istifadə, planlaşdırma, 
ətraf mühitdən istifadənin idarə edilməsi, habelə 
ekoloji-iqtisadi şəraitin öncə görümü (proqnozlaşdı-
rılması) təbii ehtiyat potensialının ekoloji-iqtisadi 
qiymətləndirilməsini əhatə edir. 
Təbii mühit insanların həyat fəaliyyətinə təminat 
verməklə aşağıdakı funksiyaları yerinə yetirir: 
1)
insanın təbii artımına təminat yaradır; 
2)
təbii ehtiyatlarla təmin edir; 
3)
tullantıları və çirklənməni assimilyasiya edir 
(neytrallaşdırır); 
4)
bir çox xidmət sahələrinə təminat yaradır: rek-
reasiya-istirahət, müalicə mənbəyi, estetik və s. 


178
Göstərilənlərlə yanaşı heç bir iqtisadi sistem (nə 
bazar, nədə qiymətləndirmə) bu funksiyaların real qiy-
mətini vermək qabiliyyətində deyildir. Keçmiş SSRİ-də 
uzun illər təbii sərvətlər pulsuz istifadə olunmuşdur, heç 
kimə də mənsub olmamışdır. Bu isə təbiətdən istifadədə 
israfçılığa səbəb olmuşdur. Göstərilənləri qiymətləndir-
mək üçün real qiymətlər lazımdır. O cümlədən, təbii ri-
fah komponentlərini də qiymətləndirmək lazım gəlir. 
Lakin, həmişə təbii ehtiyatların qiymətləndirilməsi müs-
bət olmalıdır. Təcrübədə hər hansı bir rifahın “sıfır” qiy-
məti də ola bilər, əgər onun fiziki itkisi cəmiyyət üçün 
həm bu gün, həm də gələcəkdə iqtisadi itki ilə müşayiət 
olunmursa. 
Təbii amilin əhəmiyyətini, rolunu nəzərə alaraq və 
dərk edərək təbii ehtiyatların payını, iştirak dərəcəsini 
təsərrüfat fəaliyyətində əməyin nəticələrində formalaşan 
dəyər və qiymət göstəricilərini aşkar etmək, müəyyən-
ləşdirmək, dəqiqləşdirmək, kəmiyyət amillərini təyin et-
mək zəruridir. Təbiət ehtiyatların qiymətləndirilməsi hər 
hansı problemin həll edilməsində alternativ variantların 
seçilməsinə daha əsaslı imkan verə bilər. HES-lər ener-
jinin ən ucuz yolla alınmasında ən əlverişli mənbə hesab 
edilir. Lakin, hesablamalardan məlum olur ki, geniş sa-
hədə su altında qalmış məhsuldar torpaqların ekoloji-iq-
tisadi itkisi (zərəri) hiss edilir və elektrik enerjisindən 
alınan səmərədən çoxdur. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə