Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


 Ətraf mühit və təbii ehtiyatların



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə95/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   191
etraf muhitin iqtisadiyyati

2. Ətraf mühit və təbii ehtiyatların 
qiymətləndirilməsi funksiyaları 
 
Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsi əksər 
istehlakçılar üçün faydanın müəyyən edilməsidir, yəni 
tələbatı ödəmək üçün onlara təbiətin töhfəsidir. Hər bir 
istənilən iqtisadi qiymətləndirmənin ölçüsü əməkdir. 
Əmək təkrar istehsalı bərpaya, qoruyub saxlamağa, məh-
suldarlığı artırmağa sərf olunmuş, ya da bu və ya digər 
ehtiyatın istifadəsindən qənaət edilmiş əməkdir. 
Ümumi planda 
ətraf mühitdən istifadədə tətbiq 
olunan iqtisadi qiymətləndirmədə təbii ehtiyatların 
iqtisadi qiyməti pul vahidi ilə, balla, yaxud natural 
qiymətlərlə müəyyən edilir.
Bunu monetar üsul da ad-
landırırlar. Prinsip etibarı ilə, bütün təbii rifahları və 
xidmətləri dəqiq qiymətləndirmək olmaz. Elə nadir ob-
yektlər var ki, qiymətsizdir. Təbiətdən istifadədə bir çox 
hallarda ənənəvi bazar yoxdur və müvafiq olaraq stan-
dart tələb və təklif də yoxdur. Təbii ehtiyatlar nə qədər 
məhduddursa (azdırsa), onun qiyməti bir o qədər yuxarı 
olur. Lakin, bazar qiymətləri heç də həmişə təbii ehti-
yatların qıtlığı (azlığı) haqqında işarə vermir. Belə hal-
larda digər qiymətləndirmə üsullarından istifadə etmək 
lazım gəlir. 
Təbii zənginliklərin iqtisadi qiymətini təyin etmək 
üçün ən vacibi “ödəməyə hazır olmaq” konsepsiyasıdır. 
 
 


181
Sxem 4. 
“Ödəməyə hazır olmaq” konsepsiyasının modeli 
 
 
Tarazlıq qiyməti ehtiyatın yalnız minimum qiymə-
tini göstərir. Müəyyən ekoloji rifahın dəyəri bazar qiy-
məti və əlavə qiymətlər toplusu ilə təyin edilə bilər və 
tələb əyrisi altındakı sahə - AEQ
o
O olar. İstehlakçının
əlavə məbləğini işarə edir, göstərir ki, faktiki ödəməli 
olduğundan çox ödəməyə hazırdır. Ehtiyatın qiyməti ol-
madığı halda istehlakçı artığının zonası tələb əyrisi al-
tındakı sahə olacaqdır. “Pulsuz” ekoloji rifahın və xid-
mətin itirildiyi halda firavanlıq iri itkilərə məruz qala-
caqdır. 
Təbiətin mühafizəsi və təbii ehtiyatlardan istifadə-
nin yaxşılaşdırılmasının mühüm istiqamətlərindən biri 
təbii ehtiyatların və təbii xidmətlərin iqtisadi qiymətinin 
müəyyən edilməsidir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə