8. Bərpa (təkrar istehsal) üsulu. Bu üsul təzədir,
həm də ekoloji böhranla əlaqədardır. Onun mahiyyəti
ondan ibarətdir ki, müəyyən ərazidə mühit yaradan (bər-
pa olunan və olunmayan) təbii ehtiyatlar və ətraf mühi-
tin vəziyyəti (təbii səviyyəyə yaxınlaşdırılan) bir vahid
toplu kimi, standart kimi qəbul edilir. Belə halda hər
hansı təbii ehtiyatın istifadəsi onun əvvəlki vəziyyətdə
bərpasını təmin edir (kəmiyyət və keyfiyyətcə). Deməli,
təbii ehtiyatın qiyməti hər hansı ərazidə onun bərpasına
sərf olan xərclərin cəmi olacaqdır. Bu üsul təbii ehtiyat-
ların potensial qıtlığına görə bir çox hallarda artıq qiy-
mətə səbəb ola bilər. Lakin, nəzərə alsaq ki, əsas xam-
mal regionlarında ekstensiv istismarın imkanları qurta-
rıbdır, ətraf mühitin vəziyyəti isə fəlakətlidir, məhz bu
üsul daha doğru hesab edilə bilər;
9. Monopoliya – idarə üsulu . Bu üsul xərc (mə-
xaric) üsulunun növlərindən biridir. Üsulun mahiyyəti
ondadır ki, təbii ehtiyatlardan istifadəyə görə ödəmələ-
rin ölçüsü təbii ehtiyatları idarə edən təşkilatların maliy-
yə təminatına uyğun gəlsin. Bu cür yanaşma çox sub-
yektiv və süni görünür. Bu üsula görə təbii ehtiyatlardan
istifadə üzrə ödəmə (rüsum) iki növə ayrılır:
1)
istifadə hüququna görə ödəmə;
2)
təbii ehtiyatların bərpasına və mühafizəsinə la-
zım olan ödəmə.
İkinci növ ödəmənin qiymətini təyin edərkən 2 şərt
nəzərə alınmalıdır: 1. Bu ödəmələr özlərinə differensial
rentanın müəyyən hissəsini birləşdirməlidir, belə ki, bər-
194
paya çəkilən xərc yaxşı şəraitdə az, pis şərait üçün çox
olacaqdır, 2. Xüsusiləşdirilmiş xidmətlərin xərcini təyin
edərkən, həmin xərcin iqtisadi səmərəsini nəzərə almaq
lazımdır.
4 .