Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə111/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   191
etraf muhitin iqtisadiyyati

Normalaşdırma üsullar qrupu 
xalq təsərrüfatın-
da, yaxud onun ayrılıqda sahələrinin (zərər verənin) 
çirklənmədən dəyən zərərin orta miqdarının elmi səviy-
yədə tədqiq edilməsi və müvafiq olaraq zərərin orta 
qiymətinin iqtisadi qiymətləndirilməsinin qabaqcadan 
öyrənilməsindən ibarətdir. 
Alınmış orta göstəricilər normalar kimi təsdiq olu-


206
nurlar. Bütövlükdə düzəliş əmsalları şəklində ödənilən 
zərərin miqdarının təyin olunmasında əmək tutumlu nə-
ticələrin qiymətləndirilməsində istifadə olunurlar. 
Analitik üsullar qrupu
iqtisadi zərərlə çirklən-
mənin xarakteristikası arasında əlaqə analitik asılılığın 
olması ilə əlaqədardır. Bu və ya hər hansı başqa yaxın-
laşmadan istifadə olunması zərərin təyin olunmasının 
konkret məqsədindən asılıdır (o cümlədən hüquqi sub-
yektlərin qarşılıqlı əlaqələrinin vəziyyətindən). 
Bazar iqtisadiyyatı ölkələrində ətraf mühitin çirk-
lənməsindən yaranan zərərin iqtisadi qiymətləndirilmə-
sində çox vaxt 
müqayisə üsulundan
istifadə olunur. Bu 
üsullar istehlakçının pul vəsaitinə əsaslanır və ona görə 
də onlara ətraf mühiti çirkləndirməyə imkan verilmir. 
Adətən bu halda aşağıdakı iki metodoloji yaxınlaşma 
tətbiq olunur: 
1)
ətraf mühitin yaxşılaşdırılması üçün istehlakçı-
nın ödəməyə hazırlığının qiymətləndirilməsi (İÖH);
 
2)
ətraf mühitin pisləşməsi ilə istehlakçının razı-
laşmasının hazırlığının qiymətləndirilməsi (İRH).
 
Ətraf mühitin çirklənmə səviyyəsinin yüksəlməsi 
sənayecə inkişaf etmiş regionlarda əhali, kənd təsərrüfa-
tı bitkiləri və heyvanat aləmi, su və meşə təsərrüfatı 
üçün ciddi təhlükə törədir. Heyvanın, suyun, torpağın 
zəhərlənməsi müxtəlif (angina, bronxit, qrip, xərçəng, 
mədə, ciyər və s.) xəstəliklərin əmələ gəlməsinə, onun 
ildən ilə kəskin surətdə artmasına, bitki örtüyünün azal-
masına səbəb olmuşdur. Hazırda xərçənglə xəstələnmə 
halları XX əsrin əvvəli ilə müqayisədə on dəfədən çox 
artmışdır. Bu insanların təbii ehtiyatlardan səmərəsiz is-


207
tifadə etmələri, ətraf mühitə daha çox müxtəlif tullantı-
lar, xüsusilə də tüstülü qazların atmaları hesabına baş 
vermişdir. Coğrafiyaşünasların məlumatına görə insan-
lar yer kürəsi ərazisinin 60 %-dən çoxunu istismar edir-
lər. Çay axarının 20 %-dən, meşə ehtiyatlarının isə 
70%-ə qədərindən istifadə olunur. İnşaat və mədən işləri 
nəticəsində hər il 4000 km
3
süxur və qrunt, yerin tərki-
bindən ildə 120 milyard tondan çox faydalı qazıntı (neft, 
qaz, daş kömür və s.) çıxarılır və 7-8 mlrd. ton şərti ya-
nacaq vahidi yandırılır. Yeraltı sular intensiv surətdə is-
tifadə edilir, göllər qurudulur. 
Bunlar isə yer səthinin qarşısıalınmaz çökmələrinə, 
sürüşmələrə səbəb olur. İnsanın təsərrüfat fəaliyyəti sa-
yəsində su hövzələrinə milyard tonlarla sənaye-məişət 
çirkab suyu axıdılır, ildə 800 mln. ton müxtəlif metallar 
əridilir, tarlalara 300 mln. tondan çox mineral gübrə, 4-5 
mln. tona qədər zəhərli maddə səpilir, hər il atmosferə 23 
mlrd. tondan çox karbon qazı, 1 mlrd. tondan çox kimyə-
vi maddələr buraxılır. Hesablamalara görə 50-100 ildən 
sonra çaylara axan bütün sular, artan sənaye əhəmiyyətli 
balıqlar, habelə meşələr tam istifadə ediləcəkdir. 
100-200 ildən sonra isə ətraf mühitə daxil olan 
enerjinin miqdarı günəşdən gələn radiasiyanın miqdarına 
bərabər olacaqdır. Energetikanın hazırki inkişafı nəticə-
sində havanın istiliyinin 3,5
0
S artmasına və bununla da 
buzlaqların əriməsi və okeanların səviyyəsinin qalxması 
ehtimalı ola bilər. Hazırda dünya üzrə ildə enerji istehsalı 
8 % artır ki, bu da ətraf mühitə mənfi təsir göstərir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə