Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Ziyan dedikdə çirklənmə nəticəsində ətraf mü-



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə108/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   191
etraf muhitin iqtisadiyyati

Ziyan dedikdə çirklənmə nəticəsində ətraf mü-
hitdə ehtiyatların kəmiyyət və keyfiyyətində baş ve-


201
rən dəyişikliklər və bu dəyişikliklərin nəticələrinin 
pulla qiymətləndirilməsi başa düşülür.
Ekoloji zərər 
hava və suda, sənaye tullantılarında, kənd təsərrüfatında 
özünü göstərir. Təbiətə vurulan ziyan təbii göstəricilərin
pisləşməsi və onlara iqtisadi qiymət verilməsi ilə ifadə 
olunur. Çox vaxt təbiətdən qeyri səmərəli istifadə nəti-
cəsində itkilər çəkilən xərclər və ekoloji məsariflərlə 
müəyyən edilir. Əgər istehsalçı öz torpaqlarını səmərə-
siz istifadə edərək korlayarsa ona xərc çəkməli olur. Bu 
vaxt o torpağın məhsuldarlığı azalır və zərər çəkir. Tə-
biətin mühafizəsi üçün iqtisadi tədbirlərdən biri ekoloji 
itkinin azaldılmasıdır. 
Təbiətin mühafizəsi iki hissədən ibarətdir – 1) 
kompleks və 2) yerli. Kompleks mühafizədə tədbirlərin 
mərkəzləşdirilməsi nəzərdə tutulur. Torpağın su və külək 
eroziyasından qorunması üçün kompleks tədbirlər görül-
məlidir. Yerli mühafizə isə hər hansı bir arzuedilməz, 
gözlənilməz və ya baş verə biləcək hadisənin qabaqcadan 
qarşısını almaq məqsədini güdür. Kənd təsərrüfatında bit-
ki ziyanvericilərinə və xəstəliklərinə qarşı bioloji müba-
rizənin gücləndirilməsi üçün tədqiqat işləri genişləndiri-
lir. Havanın, torpağın, suyun, heyvan və bitki aləminin 
mühafizəsi məqsədilə, təsərrüfatlarda zəhərli kimyəvi 
maddələr və gübrələr tətbiq edilən zaman mövcud tövsi-
yələrə və qaydaların düzgün yerinə yetirilməsinə nəzarət 
olunur. Sənaye tullantıları qismən bioloji konservasiya 
üsulu ilə zərərsizləşdirilir. Bütün bu tədbirlərin həyata 
keçirilməsi dövlətin kapital qoyuluşu hesabına aparılır. 
Son illərdə yaradılmış Azərbaycan Ekologiya və Təbii 
Sərvətlər Nazirliyi bu problemlərin həllində xüsusi rol 


202
oynayır. Bununla yanaşı təbiətin mühafizəsi məsələlərinə 
Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya 
Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Me-
liorasiya və Su Təsərrüfatı S.C., Azərbaycan Respublika-
sı Elmlər Akademiyası və s. nəzarət edir. Müxtəlif kanal-
larla kapital qoyuluşları hesabına yeni meşə zolaqları sa-
lınır, nadir bitki və heyvanların qorunması, artırılması iş-
ləri aparılır. Su hövzələri yaratmaqla balıqçılıq inkişaf et-
dirilir, torpaqların eroziyasının qarşısının alınması üçün 
müxtəlif tədbirlər sistemi işlənib həyata keçirilir. Həmçi-
nin, dövlət şoran və şorakət torpaqların zərərli maddələr-
dən təmizlənməsi üçün böyük məbləğdə kapital qoyuluşu 
tədbirləri aparır, torpaq və bitki örtüyünün bərpasına şə-
rait yaradır. Ətraf mühitin qorunması və onun sənaye tul-
lantılarından mühafizə olunması üçün təkrar məhsulun 
(sənaye tullantısı) emalı müəssisələri yaradılır, yeni tex-
nika və texnologiya alınıb istehsalata tətbiq olunur. Bü-
tün bunlar ətraf mühitin çirklənməsinin qarşısının alın-
masına, onun bərpa olunmasına şərait yaradır. 
Dünya miqyasında təbiətin ən nadir elementlərinin 
(okeanların, dəniz və göllərin, çayların, meşələrin, başqa 
mənbələrin) qorunması və ondan səmərəli istifadə olun-
ması üçün müqavilələr bağlanır. Hesablamalar göstərir 
ki, təkcə 1970-ci ildə hasil olan neftin (2200 mln. ton) 
10 min tonu okean və dənizlərə tökülmüşdür. Hər il də-
niz və xeyli həcmdə okean suları çirklənir. Təbiətin qo-
runmasının qlobal problemlərindən biri də atom və nüvə 
silahlarının sınaqdan keçirilməsinin qarşısının alınması-
dır, bu sahəyə yönəldilən kapital qoyuluşlarının azaldıl-
masıdır. Göstərmək lazımdır ki, strateji silahların 60-


203
70% azaldılması və bu vəsaitin inkişafda olan ölkələrin 
iqtisadiyyatına yönəldilməsi onların dirçəlməsinə xid-
mət edə bilər. Həmin xərclərə sərf edilən vəsait, iqlimin 
sağlamlaşdırılmasına və təbiətin mühafizəsinə sərf edil-
sə, təbiət gözəlləşər, insanların rifahı yaxşılaşır, aclıq və 
bir çox xəstəliklərin qarşısını almaq problemi həll edi-
lər. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə