Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


 Su hövzələrinin çirklənməsi ilə əlaqədar iqtisadi



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə116/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   191
etraf muhitin iqtisadiyyati

 
4. Su hövzələrinin çirklənməsi ilə əlaqədar iqtisadi 
ziyanının təyin olunması 
 
Akademik V.İ.Vernadski yazmışdır: ”Su planeti-
mizin tarixində xüsusi yer tutur, elə bir təbii cisim yox-
dur ki, əsas möhtəşəm problemlərə su qədər təsir göstə-
rə bilsin. ”Su-Yer üzərində canlı orqanizmlərin mövcud-


216
luğunu təmin edən özünəməxsus mineraldır. 
Akademik A.P.Karpiniski yazır: Su ən qiymətli fay-
dalı sərvətdir. Su nəinki mineral xammal və kənd təsərrü-
fatının inkişafı üçün vasitədir. O həm də mədəniyyətin hə-
qiqi göstəricisi, həyatsız yerə dirilik gətirən canlı qandır. 
Su obyektlərinin çirklənməsinin qiymətləndiril-
məsi meyarı. 
Səth suları. 
Təbii və antropogen mənşəli ekoloji 
pozuntu zonalarının formalaşması müxtəlif göstəricilər-
lə (kimyəvi, bioloji və s.) müəyyən edilir. 
Kifayət qədər uzun müddət ərzində (1 ildən az ol-
mayaraq) aparıcı göstəricilərin neqativ qiymətlərinin 
stabil qalması sanitar-ekoloji uğursuzluq haqqında nəti-
cəyə gəlməyə əsas verir. Normadan kənara çıxma, bir 
qayda olaraq bir neçə meyarla müşahidə edilir. Bu ba-
xımdan su mənbələrinin və içməli suyun patogen mik-
roorqanizmlərlə və parazit xəstəliklərin törədiciləri ilə, 
həmçinin xüsusi toksiki (olduqca təhlükəli) maddələrlə 
çirklənməsi müstəsnalıq təşkil edir, belə olduqda sani-
tar-ekoloji uğursuzluq haqqında bu meyar üzrə nəticə 
çıxarmaq olar. 
Fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zona-
sını ayırdıqda su obyektlərinin təhlükəli çirklənmə dərə-
cəsini ümumi qiymətləndirmək üçün KZP-10-dan (kim-
yəvi zəhərləmə parametri) istifadə olunur. Kimyəvi 
maddələrlə çirklənmə, hər biri yol verilən konsentrasi-
yadan (YVK-dan) dəfələrlə çox olan bir neçə maddələr-
lə müşahidə edilən ərazilər üçün bu göstərici xüsusən va-
cibdir. Bu yalnız fövqəladə ekoloji vəziyyət və ekoloji fəla-
kət zonası aşkar edildikdə hesablanır. 


217
Hesablama YVK-nı maksimum keçən 10 birləşmə 
üzrə aşağıdakı düsturla aparılır. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə