Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Ekoloji-iqtisadi zərər - çirkləndirmə nəticəsində



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə112/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   191
etraf muhitin iqtisadiyyati

Ekoloji-iqtisadi zərər - çirkləndirmə nəticəsində 
ətraf mühitdə, təbii ehtiyatların kəmiyyət və keyfiy-


208
yətində baş verən mənfi dəyişikliklər, habelə bu dəyi-
şikliklərin nəticələrinin pulla qiymətləndirilməsi ba-
şa düşülür.
Ekoloji zərər və onun nəticələri müxtəlif 
növlərdə və sahələrdə çirkləndirilmiş hava və sudan isti-
fadə edən insanların səhhətinin pisləşməsi (ictimai zə-
rər), sənaye tullantıları ilə (çirkləndirilmiş torpaq sahə-
lərinin kənd təsərrüfatı məhsuldarlığının azalması və s.) 
özünü göstərə bilər. Adətən, təbiətə vurulan zərər ölçü-
lən zaman əvvəlcə müəyyən dəyişikliklər (təbii göstəri-
cilərin pisləşməsi) aşkar edilir, sonra isə onlara iqtisadi 
qiymət verilir. 
Ekoloji-iqtisadi zərəri aşağıdakı düstur şəklində 
göstərmək olar: 
U= Σ
i
U
t
 = ΣX
t
P

Burada 
U
t
– i amilinin dəyişməsi ilə meydana çı-
xan iqtisadi zərər; 
X
t
 – 
i amilinin natural həcmi; 
P
t
– i amilinin pulla dəyəri. 
Təbiətin mühafizəsi üçün iqtisadi tədbirlərin mü-
hüm məsələlərindən biri ekoloji itkinin minimuma endi-
rilməsidir. Hazırda ekoloji təsiri qiymətləndirməyə im-
kan verən bir sıra üsullar mövcuddur. 
Onlar iki istiqamət üzrə daha ətraflı işlənib hazır-
lanmışdır: 
1.
əmtəə və xidmətlərə təsiri qiymətləndirmək 
üçün mövcud (bazar) qiymətlərindən istifadə; 
2.
birbaşa xərclərin kəmiyyətindən istifadəyə əsas-
lanan qiymət. 
Birinci üsulda göstərilən istiqamətlər üzrə ekoloji 


209
vəziyyət və ekoloji itkiləri əks etdirən natural göstərici-
ləri hesablamaq mümkündür. Bu istiqamətlərin əsas üs-
tünlüyü, əmtəə və xidmətlərə təsiri qiymətləndirmək üçün 
bazar qiymətlərindən istifadənin mümkünlüyüdür. 
Atmosferin qaz tərkibinin dəyişməsi, dünya okean-
larının çirklənməsi, energetika problemi, əhalinin ərzaq 
məhsullarına, mineral maddələrə tələbatının ödənilməsi 
və s. əsas problemlərdəndir.
Təbiətdə baş verən dəyişiklikləri, əmələ gələcək 
problemləri nisbətən yumşaltmaq və tənzimləmək məq-
sədilə ondan istifadəni proqnozlaşdırmaq vacib şərtlər-
dəndir. Təbiətdən istifadəni əvvəlcədən proqnozlaşdır-
maq lazımdır. Çünki, bunu etməklə, təbii ehtiyatlardan 
ardıcıllıqla, səmərəli istifadəyə şərait yaradar, ətraf mü-
hitə dəyən zərəri azalda bilərik. Həmçinin, bu yolla ha-
vanın, suyun, torpağın çirklənməsinin qarşısı nisbətən 
alınar, ekoloji cəhətdən təmiz məhsul istehsalına şərait 
yaranar.
Təbiəti mühafizənin proqnozlaşdırılması hazırda 
və gələcək inkişafda təbii sərvətlərdən səmərəli və düz-
gün istifadəyə, ətraf mühitin zərərli maddələrlə çirklən-
məsinin qarşısını almağa şərait yaradan əsas amillərdən 
hesab olunur. 
Hazırda elmi-texniki tərəqqinin inkişafı, onun is-
tehsalata tətbiqi, yeni torpaq sahələrinin, meşə massivlə-
rinin, su hövzələrinin istehsal dövriyyəsinə cəlb olun-
ması ətraf mühitin fəal qarışıqlarla çirklənməsini sürət-
ləndirir. Son illərdə kənd təsərrüfatında gübrələrdən zə-
hərli kimyəvi maddələrdən səmərəli istifadə olunmama-
sı üzündən torpaq örtüyü müxtəlif dərəcədə eroziyaya 


210
uğramış, şorlaşmış, qrunt suları kimyəvi maddələr artı-
ğına məruz qalmışdır. Ona görə də hazırkı şəraitdə tə-
biətin zərərli maddələrlə çirklənməsinin qarşısının alın-
ması vacib olmaqla, proqnozlaşdırma yolu ilə müəyyən 
tədbirlər sisteminin işlənməsi və tətbiqi mühüm əhəmiy-
yət kəsb edir. Təbiəti mühafizə tədbirlərinin proqnozlaş-
dırılması məsələləri öyrənilərkən bir sıra amillərə xüsusi 
diqqət yetirilməlidir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə