224
Müasir anlayışa əsasən ekoloji normalaşdırma (EN) el-
mi, hüquqi, inzibati və digər fəaliyyət sistemi olub, ətraf
mühitə edilən təsirin yolverilən normalarının müəyyən
edilməsinə yönəldilmişdir. Ekoloji normalaşdırmanın
səmərəliliyi aşağıdakı kimi təmin olunur:
-
normativlərin müasir elm və texnikanın səviyyəsi-
nə ,beynəlxalq standartlara uyğun olması ilə;
-
obyektivliyi ilə və qanunla tənzimlənməsinə görə,
belə ki, normativlərin hazırlanması və təsdiq olunması
dövlətin xüsusi orqanlarının tapşırığı ilə yerinə yetirilir;
-
ekoloji normativlərin yerinə yetirilməsi bütün təsər-
rüfat başçıları və sahibkarlar üçün məcburi olub, təşkilat-
lar və vətəndaşlar ona tabe olmağa məsuliyyət daşıyır.
Ekoloji normalaşdırmanın əsasında aşağıdakı prin-
siplər durur:
-
məqsəd, cəmiyyətin uzun müddətli marağın- xüsu-
si maraqdan, qlobal və regional nəticələrin lokal nəticə-
lərə nisbətən prioritet olması;
-
qabaqlama normativlərinin hazırlanması, tədqiqat-
ları, planlaşdırılma, təsirdən əvvəl aparılmalıdır;
-
hüdudluq - təsirin təhlükəli qiymətinin müəyyən
edilməsi, təhlükə həddini aşmaması üçün ekoloji təhlü-
kəsizlik nizamlanır.
Dostları ilə paylaş: