222
aqrokimyəvi tədbirlərin yerinə yetirilməsi şəraitində).
Keyfiyyətə görə normativ
tələbata uyğun gəlmə-
yən məhsulun bir hissəsi (pestisidlərin qalıq miqdarı,
toksiki elementlər, mikrotoksinlər, nitratlar, nitritlər) öy-
rənilən ərazi üçün (torpaq, hava, səth və qrunt suları)
çirklənmə dərəcəsinin indiqatorunun əlavə göstəricisi
sayılır.
Torpağın vəziyyəti haqqında məlumat əsas göstəri-
cilər və çirkləndirici maddələrin tərkibi üzrə informasi-
yanı əks etdirən ətraflı tematik
kartoqrafik materiallar
şəklində təqdim edilməlidir.
Cəmiyyət ilə ətraf mühit arasındakı qarşılıqlı mü-
nasibətlərdə optimal variant seçilməli, təbii sərvətlərdən
istifadə etməklə bərabər atmosferin, suyun, havanın, tor-
pağın və s. çirklənməsinin qarşısını alan kompleks təd-
birlər görülməlidir. Əgər əkin dövriyyəsinə əvvəllərdə
istifadəsi mümkün olmayan yeni torpaqlar cəlb edilirsə,
əvvəlcə həmin torpaqların yaxşılaşdırılması
üçün elmi
cəhətdən əsaslandırılmış meliorasiya işləri aparılmalıdır
ki, ətraf mühitə ziyan dəyməsin, yeni meşələrin qırılma-
sına ehtiyac qalmasın, heyvanat aləmi dağılmasın, qrunt
sularının səviyyəsi qalxmasın və s.
Təbii sərvətlərdən səmərəli istifadə edilməsinə
mənfi təsir edən amillərdən biri də torpaqdan, sudan,
meşədən, mineral maddələrdən istifadə işində müəssisə-
lərin iqtisadi marağının olmaması
və bu səbəbdən tə-
sərrüfat fəaliyyətində biganəliyə, məsuliyyətsizliyə yol
verilməsidir.