Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


miyyətcə) qiymətləndirməyə yatmırlar, onları şərti



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə122/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   191
etraf muhitin iqtisadiyyati

miyyətcə) qiymətləndirməyə yatmırlar, onları şərti 
hesablanan ziyanlar adlandırırlar. 
Sosial ziyanlar aşağıdakılardır: 
-
landşaftın korlanması sayəsində estetik ziyan; 
-
ölüm hallarının çoxalması ilə yaranan patoloji zi-
yanlar; 
-
psixoloji ziyanlar. 
Ekoloji ziyanlar unikal ekosistemlərin dağılma-
sı, növlərin məhv olması, yoxa çıxması, genetik itki-
lər və s. ilə əlaqədardır. 
İqtisadi ziyan
- ətraf mühitin çirklənməsi nəticə-
sində onun faydalılıq dərəcəsinin dəyişməsidir. Iqtisadi 
ziyan aşağıdakı xərclər hesabına yaranır: 
-
cəmiyyətin ətraf mühitdə dəyişmələrlə bağlı onun 
bərpası və ləğvi ilə əlaqədar çəkilən xərclər; 
-
ətraf mühiti əvvəlki vəziyyətinə gətirmək üçün 
xərclər; 
Ziyan bir anlıq, permanent (torpaqların eroziyası 
və şoranlaşması zamanı), latent (vaxt keçdikdən sonra 
baş verən, ləng hərəkət edən) və s. olur. Bundan başqa 
iqtisadi ziyanı iki növə - potensial və hesablama yolu 
ilə təyin olunan növlərə bölürlər. 
Potensial ziyan
– elə iqtisadi ziyandır ki, ləğvinə 
indiki zamanda əlavə xərc tələb olunmur. 
Hesablama 
ziyanı
– ziyanın elə hissəsidir ki, müəyyən dövrdə üzə 
çıxır və iqtisad elminin indiki səviyyəsinə uyğun olaraq 
pul formasında ifadə edilməsi mümkündür. Həmin sahə-
yə dair məlumatımız artdıqca hesablama ziyanı poten-
sial ziyana çevriləcək, potensial isə - artıq dəymiş ziyan 
kimi özünü göstərəcəkdir. Qiymətləndirməyə görə po-


227
tensial iqtisadi ziyan 70-80 %, hesablama ziyanı isə fak-
tiki ziyanın 60-65 %-ni təşkil edir. 
Adətən ziyanın aşağıdakı strukturunu
qeyd 
edirlər: 
1)
əhalinin sağlamlığına; 
2)
kommunal və məişət təsərrüfatına; 
3)
kənd və meşə təsərrüfatına; 
4)
nəqliyyata, sənayeyə; 
5)
digər sahələrə dəyən ziyanlar. Hər bir lokal zi-
yan ayrılıqda təyin edilir, sonra isə toplanır.
Ziyanın bu cür təyinatı lokal (yerli) ziyanların top-
lanması metodu adlanır, yaxud da birbaşa hesablanır. 
Bu halda hesabatların əsasını aşağıdakı ardıcıllıq təşkil 
edir: 
1.
maddələrin çirklənmə mənbəyindən atılmasının 
(axıdılmasının) təyini; 
2.
qarışıqların qatılığının atmosferdə (su hövzəsin-
də) müəyyən edilməsi; 
3.
natural ziyanın təyini; 
4.
iqtisadi ziyanın təyini. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə