Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə117/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   191
etraf muhitin iqtisadiyyati

 
KZP=C
1
/YVK
1
+C
2
/YVK
2
+C
3
/YVK
3
...+C
10
/YVK
10 
 
Burada, 
C
1, 
C
2, 
C
3....
C
10
– suda kimyəvi maddələrin 
konsentrasiyası, (
YVK
– balıq təsərrüfatı üçün). 
KZP – 10-nu təyin etdikdə imkan daxilində maksi-
mum göstərici miqdarında su analizi aparmaq təklif olunur. 
Təhlil olunan zonaları ayırdıqda bakteriya bir sıra 
(fito və zooplankton, həmçinin ixtiofauna) üzrə göstəri-
cilərdən istifadə olunur. Bununla yanaşı, suyun toksiki 
dərəcəsini təyin etmək üçün inteqral göstərici – biotest-
ləşdirmədən istifadə edilir. 
Zonanın müəyyən ərazisi üçün təklif olunan göstə-
ricilərin parametrləri kifayət qədər uzunmüddətli müşa-
hidələrin (3 ildən az olmayaraq) materialları ilə forma-
laşdırılır. 
Yeraltı sular. 
Yeraltı suların texnogen çirklənməsi 
miqyasını təyin etmək üçün V.M.Qoldberq təbii halda 
yeraltı suyun keyfiyyəti (C
t
), içməli su kimi istifadə edi-
lən yeraltı suda çirkləndirici maddələrin yol verilən 
konsentrasiyasından (YVK-dan) istifadə olunmasını tək-
lif etmişdir. Yeraltı suların çirklənmə miqyasının səciy-
yələndirilməsində çirklənmə sahəsinin (F) ölçüsü də 
mühüm əhəmiyyət daşıyır. Beləliklə, yeraltı suların 
çirklənmə vəziyyəti iki göstərici ilə - yeraltı suların 
keyfiyyəti (C) və çirklənmənin sahəsi (F) ilə ifadə olu-
nur. Bunun əsasında yeraltı suların vəziyyətində dörd 
səviyyə (sinif) ayrılır: 


218
1.
Nisbətən əlverişli (norma). Yeraltı suyun key-
fiyyəti, əsasən, C
t
ilə müqayisə oluna bilər və ya onu bir 
qədər keçə bilər, lakin YVK-nın çərçivəsindən çıxa bil-
məz, yəni C
t
mur və ya kiçik ölçüdə olur (F<0,5 km
2
); 
2.
Daima neqativ dəyişkənlik meyli müşahidə olu-
nur (risk sinfi). Yeraltı suyun keyfiyyəti fasiləsiz pislə-
şir. O, YVK-a çatır və ya onu keçir, lakin bəzi sahələrdə 
YVK 3...5-dən artıq olmur (F=0,5....5 km
2
); 
3.
Böhranlı vəziyyət (böhran). Yeraltı suyun key-
fiyyəti geniş sahədə YVK-nı keçir (10 dəfəyə qədər), 
yəni YVKnin ölçüsü 5-dən 10 km
2
arasında dəyişir; 
4.
Fəlakətli vəziyyət (fəlakət). Yeraltı suların key-
fiyyəti çirklənmə zonasında 10YVK-dan artıqdır və pis-
ləşməyə doğru meyl göstərir. 
Akademik Həsən Əliyev suyun ekoloji əhəmiyyəti 
haqqında yazmışdır: “Susuz təbiət də, həyat da ola bil-
məz. Su da çörək kimi hamıya, hər şeyə həmişə lazım-
dır”. Hidrosferin tərkibinə həmçinin atmosferdəki su, 
torpaq suyu və canlı orqanizmlərdə olan sular daxildir. 
Təbiətdə su 3 faza vəziyyətində mövcuddur: maye, bərk 
(buz, qar), qaz - yəni buxar. Şirin sular Yer üzərində ol-
duqca qeyri-bərabər paylanmışdır. Belə ki, dünyanın 
70% əhalisi yaşayan Avropa və Asiyada dünya çay sula-
rının yalnız 39%-i cəmləşir. Təbii çay suları mürəkkəb 
maye olub adətən tərkibində çoxlu kimyəvi maddələr 
olur. Cənubi Qafqaz ölkələri arasında Azərbaycan Res-
publikasının su ehtiyatları az olub həmin regionun 15%-
ni təşkil edir. Respublikamızın su ehtiyatları Gürcüstan-


219
dan 7,7-8,3 dəfə, Ermənistandan isə 3 dəfə azdır. Son 
yarım əsrə qədər müddətdə aparılan tədqiqatlar göstərdi 
ki, Kür, Araz çayları və onların əsas qolları Respublika-
mızdan kənarda-Gürcüstan və Ermənistan ərazilərində 
çirklənir. Belə ki, Ermənistanın 100%, Gürcüstan 30% 
ərazisi, Türkiyənin 31 min, İranın 40 min və Azərbayca-
nın 37 min kv.km sahəsi Kür-Araz hövzəsinə aiddir. 
Yəni Kür çayına 188 min. kv. km, Araza isə 103 min 
kv.km ərazidən sənaye, kənd təsərrüfatı və məişət çirka-
bı, müxtəlif tullantılar atılır. Son zamanlar Kür-Araz 
hövzələri ilə əlaqədar olmayan və birbaşa Xəzər dənizinə 
tökülən çaylarda da (Böyük Qafqazın şimal-şərq hissəsi 
və Lənkəran bölgəsindəki çaylarda) çirklənmə müşahidə 
olunur. Quba-Xaçmaz bölgəsində yerləşən Qusarçay, 
Qudyalçay, Vəlvələçay, Qaraçay, Ataçay, Gilgilçay. Lən-
kəran bölgəsində yerləşən Lənkəran çay, Viləşçay və b. 
Çaylar yaşayış məntəqələri və sənaye müəssisələri tərə-
findən aramsız çirklənməyə məruz qalır. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə