Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə113/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   191
etraf muhitin iqtisadiyyati

Çirklənmə nəticəsində ziyan aşa-
ğıdakı səbəblərdən əmələ gəlir: 
torpaqdan istifadə me-
todlarının tətbiqi; gübrələrin istifadəsi və tətbiqi; bitki 
xəstəliklərinə və ziyanvericilərinə qarşı işlədilən zəhərli 
kimyəvi maddələrin tətbiqi; heyvandarlıqda təbiəti mü-
hafizəsi tədbirlərinin olmaması; sənaye müəssisələrinin 
istehsal təyinatından asılı olaraq düzgün yerləşdirilmə-
məsi; bir çox sənaye müəssisələrində tullantısız texnolo-
giyanın tətbiq edilməməsi; istehsal tullantılarının təkrar 
emal edilməməsi; faydalı qazıntılardan istifadənin proq-
nozlaşdırılmaması və s. 
Bununla yanaşı, təbiətin mühafizəsi və sağlamlaş-
dırılmasını proqnozlaşdırmaq məqsədilə aşağıdakı təd-
birlərində həyata keçirilməsinə xüsusi əhəmiyyət veril-
məlidir: torpağın, su və külək eroziyasından qorunması 
üçün aqrotexniki, hidrotexniki, aqromeşə-meliorasiya 
tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsi. 
Kənd təsərrüfatı bitkilərinin ziyanvericilərinə və 
xəstəliklərinə qarşı bioloji mübarizənin gücləndirilməsi 
üçün tədqiqat işlərinin genişləndirilməsi. Havanın, tor-
pağın, suyun, heyvan və bitki aləminin mühafizəsi məq-
sədilə zəhərləyici maddələrdən istifadə məqsədilə töv-
siyələrin işlənib hazırlanması və tətbiqi. Sənaye tullantı-


211
larının bioloji konversasiya üsulu ilə zərərsizləşdirilmə-
si, hər bir regionda nadir bitki, heyvan növlərinin sax-
lanması üçün müvafiq tədbirlər sisteminin işlənilməsi, 
maye yanacaqdan istifadənin yaxşılaşdırılması və onun 
ətraf mühitə buraxdığı zərərli qazların minimuma endi-
rilməsi üçün tədbirlərin işlənilməsi. Bərk yanacaqdan is-
tifadənin səmərəli formalarının tədqiq olunması. Təbiəti 
mühafizə tədbirlərinin proqnozlaşdırılması fəal qarışıq-
ların artmasının qarşısını alar, onun ətraf mühitə təsirini 
zəiflədə bilər, ona görə də bazar iqtisadiyyatının hazırkı 
mərhələsində təbii ehtiyatlardan istifadəyə, onun müha-
fizəsi məsələlərinə xüsusi əhəmiyyət verilməlidir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə