Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Atmosfer havasının çirklənməsi ilə əlaqədar



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə114/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   191
etraf muhitin iqtisadiyyati

3. Atmosfer havasının çirklənməsi ilə əlaqədar 
iqtisadi ziyanın təyin olunması
Atmosferin yerüstü qatının müxtəlif qaz və aero-
zollarından ibarət atmosfer havası Yer üzərində olan bü-
tün canlıların varlığının ən vacib şərtdir. Onun təsir gü-
cü insan və bütün canlı aləmlə məhdudlaşmır. O, yerin 
torpaq-bitki örtüyünə, hidrosferə, geoloji mühitə, elecə 
də müxtəlif texnogen obyektlərə (binalara, qurğulara və 
s.) güclü təsirə malikdir. 
Atmosferin çirklənməsi de-
dikdə, onun qaz balansını pozan müxtəlif fikizi və 
kimyəvi maddə və birləşmələrin atılması başa düşü-
lür. 
Bu ətraf təbii və texnogen mühitə son dərəcə mənfi 
təsir edir. 
Atmosferi çirkləndirən bütün mənbələr iki his-
səyə bölünür: təbii və antropogen. 
Atmosferin təbii 
çirklənməsi vulkan püskürməsi, tozlu qasırğalar və kos-


212
mik tozun ona düşməsi nəticəsində baş verir. Bu halda 
əsas rol Yerin vulkanik və fulid fəallığa məxsus olması-
dır. İri vulkan püskürmələri zamanı atmosferə (aşağı 
qatlarla bərabər üst qatlara da) böyük həcmdə qaz və kül 
atılır. Hava axınları isə onları böyük məsafədə yayırlar 
və onun təsiri bəzi vaxtlar bir neçə il hiss olunur. Buna 
misal olaraq bütün tarixdə ən güclü vulkan 1883-cü ildə 
püskürən Krakatau vulkanı olub. Bu vulkan o qədər 
güclü olub ki, onun sahəsi 4800 km uzaqlıqda, Hind 
okeanında eşidilib. Vulkanik külün xırda və bərk hissə-
cikləri təxminən 20 km hündürlüyə 75 milyon kub metr 
məsafəyə atılıb. Bu kül sonrakı aylarda bütün yer kürə-
sini, əsas etibarı ilə orta en dairəsi qurşağını əhatə edib. 
Bu cür fəlakətli püskürmələr indi də baş verir. XX əsrin 
90-cı illərin əvvəlində Filippində Pinatubo və Çilidə 
Xodson Vulkanın püskürməsi buna misal ola bilər. Sa-
xara səhrasının üzərində yaranan toz buludları, sonra 
şərqi və şimali şərqi küləklərlə bütün Qərbi Afrikaya 
yayılıb. Atmosferin antropogen çirklənmə mənbələri da-
ha çoxdur. Onun vurduğu zərər daha güclü olur. At-
mosfer çirkənməsinin əsas mənbələrinə aşagıdakılar 
aiddir. İstilik energetikası, metallurgiya, kimyəvi və 
neft–kimyəvi, sellüloz-kağız sənayəsi, inşaat sənayəsi
avtomobil nəqliyyatı və s. İnsan fəaliyyətinin nəticəsin-
də çirkləndirici maddələr atmosferə əsas iki şəkildə 
aerozol və qaz halında olan müxtəlif maddələr olur. 
Aerozol çirklənmə bu, atmosferin iri və xırda hissəli 
dispersiya halında olan bərk və maye maddələrlə çirk-
lənməsidir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə