Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə104/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   191
etraf muhitin iqtisadiyyati

Təbii kadastrlar 
Kadastr – fransız sözü olub siyahı, reyestr de-
məkdir. Kadastr ölkənin, dövlətin iqtisadi ehtiyatları 
haqqında sistemləşmiş, vaxtaşırı, yaxud fasiləsiz mü-
şahidələr əsasında tərtib edilmiş əsas məlumatlar 
toplusudur.
Kadastra ehtiyat mənbələrinin və obyektlə-
rinin yerləşməsi, onların həcmi, obyektlərin dəyəri və 
gəlirliliyindən ibarət keyfiyyət xassələri verilir. 
Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsində 
kadastrının müəyyən edilməsi olduqca vacib elementdir. 
Kadastr sistemləşdirilmiş məlumatların toplusudur. Bu-
raya, keyfiyyət və kəmiyyətcə təbiət obyektlərinin və 
hadisələrin siyahısı daxil edilir.
Kadastrlar təbii ehtiyatların növləri üzrə tərtib 
edilir:
su, meşə, torpaq, faydalı qazıntı yataqları, xüsusi qo-
runan ərazilər və s. Təəssüf ki, kadastrlar bütün ehtiyatlar 
və obyektlər üzrə tərtib edilməmişlər. Odur ki, onlar bütöv-
lükdə ərazinin və bütöv ölkənin təbii-ehtiyat potensialını 
qiymətləndirməyə imkan vermirlər. Kadastr aparılan sahə-
lər müvafiq qanunvericiliklə müəyyən edilir. 
Ən çox tanınan torpaq kadastrıdır. Lakin su, meşə ka-
dastrı, ayrı-ayrı sahə (və sənət növlərinin) kadastrı da möv-
cuddur. Kadastrdakı məlumatlardan təbii sərvətlərdən isti-
fadəyə görə vergilərin, ödəmələrin müəyyən edilməsində, 
icarə, girov, satış zamanı obyektlərin qiymətləndirilməsi 
üçün istifadə edilir. 


195
5. Torpaq, meşə və su kadastrları 
 
Məlum olduğu kimi təbii ehtiyatların kadastrı on-
ların mövcudluğu və istifadəsi ilə əlaqədar iqtisadi mü-
nasibətlər qurulması üçün vacib şərtlərdən biridir. Bu-
nunla əlaqədar təbii ehtiyatlardan torpaq, su, meşə və di-
gər ehtiyatların kadastrları hazırlanır. Qeyd edildiyi ki-
mi, 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə