190
rənməkdir. Sorğu üsulu o vaxt səmərəli olur ki, sorğuya
cəlb edilmiş əhali seçilmiş
məsələyə maraq göstərən
adamlardır, onlar qiymətləndirilən ehtiyatı almaq üçün
pul verməyə hazırdırlar.
Subyektiv qiymətləndirmə metodu elə qiymətə aid
edilir ki, o qiymət real bazar şəraitində satılacaq ekoloji
obyekt üçün verilə bilsin. Sonuncu qəbul olunmuş stav-
ka ödəməyə hazırlığın maksimum məbləğini təşkil edir.
“Ödəməyə (almağa) hazırlığın”
orta qiymətini adamla-
rın sayına (xeyir götürən adamların) vurub rifahın (ehti-
yatın) qiymətini tapırlar;
3. Nəqliyyat-yol xərcləri metodu (səyahət xərc-
ləri)
-əhalinin rekreasiya obyektinə gəlmək üçün nəqliy-
yat xərcləri obyektin qiymətinin əvəzləyicisi kimi qəbul
edilir, onun tezliyi isə alınmış “əmtəənin” miqdarını (sa-
yını) ifadə edəcəkdir. Yol xərclərində, gediş-gəlişin tezli-
yində olan dəyişmələr rekreasiya tələbatı əyrisinin qurul-
masında istifadə edilir. Daimi yaşayanların və gələnlərin
yol xərcləri nəzərə alınır. Bu metod istehlakçıların seçi-
mini (üstünlük vermələrini) aşkar edir. Bu metodla Keni-
yada park və qoruqların qiyməti müəyyən edilmişdir.
Bəzi hallarda ekoloji rifahların müəyyən edilmə-
sində xüsusi qiymətləndirilmədən istifadə edilir. Bu üsul
ilə rifahın (gedonistik) qiymətini əmlak (torpaq) qiyməti
vasitəsilə dolayısı yolla təyin edirlər. Metodun əsas şərti
alıcının alacağı malın (əmtəənin)
ekoloji xüsusiyyətləri
barədə qayğı göstərmək və həmin böyük məbləği ödə-
mək hazırlığıdır. Obyektin ümumi qiymətləndirilməsin-
də ekoloji elementin təxmini payı aşkar edilir. Moskva-
da satın alınan və dəyişdirilən mənzillərin statistikasına
191
əsasən müəyyən edilmişdir ki, ekoloji təmiz rayonlarda
mənzillərin qiyməti orta hesabla 12 % çox olur. Eyni
vəziyyəti Bakı şəhərindəki
ekoloji təmiz rayonlar haq-
qında da demək olar. Bu metod çoxlu miqdarda infor-
masiya toplanmasını
tələb edir;
4. Xərc üsulu.
Bu üsula əsasən təbii ehtiyatların
qiymətləndirilməsi onların hasilatına, mənimsənilməsi-
nə yaxud istifadəsinə çəkilən xərcin həcmi ilə təyin edi-
lir. Keçmiş SSRİ-də sənaye müəssisələrinin götürdüklə-
ri suya görə ödəmələrin həcmi bu prinsipə əsaslanırdı.
Həmin üsulun çatışmayan cəhəti orasında idi ki, yüksək
keyfiyyətli ehtiyat, mənimsəmə üçün daha rahat ərazidə
yerləşərsə, az
dəyərə malik qiymətləndirilir, halbuki
onun istehlak qiyməti “pis” sərvətə nisbətən daha yuxa-
rıdır. Bu üsul təbiətdən səmərəli istifadənin həvəsləndi-
rilməsində tətbiq
edilə bilməz;
Dostları ilə paylaş: