Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Torpaq kadastrı aşağıdakı tərkib hissələrdən



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə106/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   191
etraf muhitin iqtisadiyyati

Torpaq kadastrı aşağıdakı tərkib hissələrdən 
ibarətdir: 
1.
torpağın qeydə alınması; 
2.
torpağın kəmiyyət və keyfiyyətcə uçota alınması; 
3.
torpaqların bonitirovkası (keyfiyyətcə qiymət-
ləndirilməsi); 
4.
torpağın iqtisadi cəhətdən qiymətləndirilməsi; 
5.
torpaq kadastr xəritələrinin tərtib edilməsi. 
Torpaq sahələri üzərində hüquqların dövlət qey-
diyyatı dövlət torpaq kadastrının hüquqi tərəfidir. O, 
Azərbaycan Respublikasının sərhədləri daxilində möv-
cud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarə-
çilərinin torpaq üzərində hüquqlarının qorunması prinsi-
pini təmin edir. Torpaq sahələri üzərində hüquqların 
dövlət qeydiyyatının uçot-qeydiyyat vahidi kimi torpaq 
sahəsi götürülür. Torpaq sahəsinin uçot-qeydiyyat vahi-
di kimi götürülməsi onun torpaq mülkiyyətçiləri, istifa-
dəçiləri və icarəçiləri üçün həm torpaqdan istifadə hüqu-
qunun obyekti, həm də təsərrüfat və digər fəaliyyət nö-
vünün obyekti kimi çıxış etməsi ilə əlaqədardır. 


197
Torpaq sahələri üzərində hüquqlar, o cümlədən hü-
quqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və 
bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müda-
fiə olunmaq məqsədilə dövlət torpaq kadastrından və 
dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməlidir. 
Torpaq sahələri üzərində hüquqların dövlət qey-
diyyatı, dövlət torpaq kadastrının tərkib hissəsi kimi tor-
paqların hüquqi baxımdan öyrənilməsini təmin edir. 
Ona görə də ehtiyatların hüquqi və təbii-təsərrüfat baxı-
mından öyrənilməsi dövlət torpaq kadastrının əsas vəzi-
fələrindəndir. 
Meşələrin dövlət kadastrı
meşə fondunun qey-
diyyatı, onun ekoloji, iqtisadi, kəmiyyət və keyfiyyət cə-
hətdən qiymətləndirilməsidir. 
Dövlət meşə kadastrı meşə təsərrüfatının idarə 
edilməsində, onun təşkilində və meşə fondundan istifa-
də ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqla-
rının qeyri-meşə torpaqlarına keçirilməsində və (və ya) 
meşə fondu torpaqlarının geri alınmasında, meşə fon-
dundan istifadə üçün ödəmələrin miqdarının müəyyən 
edilməsində, meşə istifadəçilərinin və meşə təsərrüfatı 
işləri aparan şəxslərin təsərrüfat fəaliyyətinin qiymətlən-
dirilməsində istifadə olunur. 
Dövlət meşə kadastrının aparılmasını müvafiq icra 
hakimiyyəti orqanı həyata keçirir. 
Dövlət meşə kadastrı göstəricilərinin siyahısı və 
meşələrin iqtisadi qiymətləndirilməsinin metodikası mü-
vafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
Dövlət meşə kadastrının aparılması qaydası Azər-
baycan Respublikasının müvafiq icra hakimiyyəti orqa-


198
nı müəyyən edir. 
Su kadastrı – 
vahid metodika üzrə tərtib olunan 
su obyektləri, səthi və yeraltı sular haqqında hidroloji 
məlumatların məcmusudur. Su kadastrı su resurslarının 
qiymətləndirilməsi, su təchizatının xarakteristikası və 
ayrı-ayrı ərazilərdə su resurslarından istifadə planlarının 
tərtib edilməsi üçün nəzərdə tutulmuşdur. 
Təcrübədə, su və torpaq kadastrı ilə yanaşı, vergi 
və sənət kadastrlarından da istifadə edilir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə