Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


kadastr dedikdə, ölkənin iqtisadi ehtiyatları haq-



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə105/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   191
etraf muhitin iqtisadiyyati

kadastr dedikdə, ölkənin iqtisadi ehtiyatları haq-
qında əsas məlumatların dövri və ya fasiləsiz müşa-
hidəsi əsasında sistemləşdirilmiş rəsmi tərtib edilmiş
məcmusu başa düşülür.
Kadastrda obyektlərin dəyəri-
nin və gəlirliyinin qiymətləndirilməsini əks etdirən ehti-
yat mənbələrinin yerləşməsi, onların kəmiyyəti, keyfiy-
yət xarakteristikası haqqında məlumatlar toplanır. Meşə, 
torpaq və su kadastrından daha geniş istifadə olunur. 
Torpaq kadastrı – 
kənd və meşə sferasında tor-
paq haqqında dürüst məlumatların sistemləşmiş məcmu-
sudur. Torpaq kadastrında torpağın mülkiyyətçisinin adı 
yazılır, torpaqların yerləşdiyi yerin ümumi sahəsi, konfi-
qurasiyası, yararlı torpaqların tərkibi, onların keyfiyyəti, 
gəlirliyi, torpağın qiyməti əks olunur. Almaniyanın tor-
paq kadastrı sistemi ən təkmil hesab olunur. Bu sistem 
üzrə uçot iki növ sənədə əsasən aparılır: 1) torpağın mü-
qayisəli iqtisadi qiymətləndirilməsinin aparıldığı daşın-
maz əmlak kadastrı; 2) torpaq üzərində mülkiyyət hüqu-
qunun nəzərə alındığı torpaq kitabı. 
Qeyd edək ki, 
torpaq kadastrı obyektlərin qiy-
mətləndirilməsi və orta gəlirliyi haqqında məlumat-
ları əks etdirən məlumatlar toplusudur.
Kadastr mə-
lumatları, əsasən adambaşına vergiyə cəlb olunan şəxs-


196
lərin siyahısının hazırlanmasına xidmət edir. 
“Dövlət torpaq kadastrı, torpaqların monito-
rinqi və yer quruluşu haqqında”
Azərbaycan Respub-
likasının Qanununda deyilir ki, torpaq kadastrı – torpaq 
istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət 
və keyfiyyət uçotu, bonitirovkası və iqtisadi qiymətlən-
dirilməsi üzrə məlumatların məcmusudur. 
Dövlət torpaq kadastrının düzgün və elmi əsaslarla 
aparılması üçün torpaq kadastrının bütün tərkib hissələri-
nə aid olan işlərin düzgün icra edilməsi olduqca vacibdir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə