Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Qiymətləndirilmiş təbii ehtiyatların milli sərvət-



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə94/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   191
etraf muhitin iqtisadiyyati

Qiymətləndirilmiş təbii ehtiyatların milli sərvət-
lər sırasına salınması məqsədəuyğun sayılır. Bir çox 
qiymətləndirmələrə görə milli sərvətlərin 40%-dən 
çoxu müasir statistikada nəzərə alınmır.
BMT və bəzi ölkələrə iqtisadi inkişafın əsas göstə-


179
ricilərində “yaşıl” ölçmələr üçün cəhd göstərirlər. Xüsu-
sən, yaşıl hesabların hazırlanmasına başlanmış və ya 
ekoloji-iqtisadi uçot sistemi tətbiq edilir. İnteqrallaşdı-
rılmış iqtisadi və ekoloji göstəricilər sistemi təklif edilir: 
-
humanitar inkişaf indeksi (BMT), normal həyat 
üçün zəruri olan ömrün uzunluğunu, bilik səviyyəsini və 
təbii ehtiyatlara malik olmanın səviyyəsini nəzərə alır; 
-
sabit iqtisadi rifah indeksi (səmərəsiz təsərrüfat-
çılığın ekoloji xarakterli xərclərini nəzərə alan kompleks 
göstərici). 
Sabit iqtisadi maddi rifah indeksinin müəlliflərin-
dən biri Q.Dali göstərir ki, ekoloji “həqiqətlər” qiymət-
ləndirilməlidir. Real komponentləri makro və mikro sə-
viyyədə iqtisadi göstəricilərin tərkib hissəsi kimi qiy-
mətləndirmək lazımdır. 
Təbii sərvətlərin iqtisadi qiymətləndirilməsi – 
sərvətlərin təsərrüfat qiymətlərinin pulla ifadəsidir.
Bu iki əsas funksiyanı yerinə yetirir: 
-
elmi (nəzəri), yəni “nəyə malikik, nəyimiz var-
dır?” sualına cavab verir; 
-
həvəsləndirici (stimullaşdırıcı). 
Təbii ehtiyatlara düzgün qiymət verməklə bir çox 
problemləri müvəffəqiyyətlə həll etmək olar, xüsusilə: 
-
təbii ehtiyatların istifadəsinin variantlarının növ-
bəlilik dərəcəsini seçməklə; 
-
təbii ehtiyatlardan səmərəsiz istifadədən dəyən 
zərəri və təbiəti mühafizə xərclərinin effektini (səmərə-
sini, xeyrini) qiymətləndirməklə; 
-
təbiətdən səmərəli istifadənin stimullaşdırılması 
üzrə tədbirlərin əməli rolunu qiymətləndirməklə; 
-
təbii ehtiyatlardan istifadəyə, ətraf mühiti çirklən-


180
dirməyə görə ödəmənin məbləğinin, vergilərin qoyul-
masının, icarə ödəmələrinin əsaslandırılması ilə. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə