Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Təbii sərvətlərdən düzgün istifadə edilməməsi



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə84/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   191
etraf muhitin iqtisadiyyati

Təbii sərvətlərdən düzgün istifadə edilməməsi 
ekoloji müvazinəti pozur, bitki və heyvanlar aləmi-
nin inkişafını dəyişdirir.
Əgər bərpa işləri aparılmazsa, 
bunlar bu və ya digər sahələrdə boşluqlar əmələ gətirə 
bilər. Yerin səthində əmələ gələn süni texnogen forma-
lar geosistemdə mənfi dəyişikliklərlə yanaşı, xoşagəl-
məz hadisələr yerin altında boşluqlar əmələ gələrək 
sonralar çökəkliklər, yarğanlar yaradır. Kömürün yer al-
tından çıxarılması yeraltı qaz anbarları, metropolitenlər, 
yeraltı duz karxanaları eyni nəticələrə səbəb olur. Belə 
mənfi amilləri aradan qaldırmaq məqsədilə faydalı 
qazıntıların istismarı vaxtı ərazinin özünəməxsus təbii 
xüsusiyyəti, relyefi, bitki örtüyü, hidrogeoloji şəraiti nə-
zərə alınmalıdır. İndiki dövrdə, xüsusilə böyük şəhərlə-
rin ərazisində çoxlu xoşagəlməyən hadisələr baş verir. 


159
Məsələn, hündür binaların metal, dəmir-beton qurğula-
rın ağırlığı nəticəsində torpaq sıxılır, çökür, bu və ya 
digər sahələrdə yarğanlar, sürüşmələr əmələ gəlir. Bakı 
şəhəri ətrafında və onun daxilində neft buruqları arasın-
da, daş karxanaları yerində əmələ gələn gölməçələr, 
çökmələr buna misal ola bilər. 
Böyük şəhərlərdəki nəhəng tikililər, geniş yer tu-
tan süni göllər mikrorelyefin formasını dəyişdirir, süni 
çökəklər, qarışıqlar, dərələr əmələ gətirir. Bunların nə-
ticəsində ayrı-ayrı rayonlarda qəribə hadisələr baş verir. 
Məsələn, Mexiko və Tokio şəhərləri ərazisində 7-9 sm-ə 
qədər çökmələr əmələ gəlmişdir. Müəyyən edilmişdir
ki, bu şəhərlərdə nəhəng binaların ağırlığı sayəsində ye-
rin qabığı ildə orta hesabla 20 sm çökür, Moskva, 
Sankt-Peterburq, Kiyev, Bakı və s. şəhərlərdə də yerin 
çökməsi müşahidə edilir. 
Yeni tikintilərdən, xüsusilə çoxlu üzvi yanacaq iş-
lədən elektrik stansiyalarından, zavodlardan, fabriklər-
dən çıxan isti su, buxar, qaz, enerji və sair tullantıların 
təsiri altında torpaqda, havada, suyun səthində buxar-
lanma şiddətlənir. Sənaye müəssisələrindən çıxan metal, 
sement tozları, kimyəvi maddələr hava axını vasitəsilə 
dağların ən uca zirvələrində, Antarktida, Arktika buzla-
rında toplaşır. Tozlar, kimyəvi maddələr günəş enerjisini 
yaxşı udma qabiliyyətinə malik olduğundan süni istilik 
əmələ gətirir, qar və buzların əriməsini sürətləndirir.
Texnogen və ya süni relyef formalarının yaranması 
əlverişsiz amillərə səbəb olur. Belə sahələr indi ümu-
miyyətlə ölkəmizin ərazisinin 1 %-ni tutur. Əgər müva-
fiq tədbirlər görülməzsə, gələcəkdə bunların sərhədi ge-
nişlənə bilər ki, bu da ekoloji mühitdə mənfi təsirləri 


160
qüvvətləndirər. Faydalı qazıntıların istismarında süxur-
ların yerdəyişməsi, aşınması, sürüşməsi, çalaların, ye-
raltı suların rejimini pozur. Belə şəraitdə yerin üst qa-
tında çıxarılan çoxlu torpaqlar dərələrə, vadilərə yığılır 
və sonradan onlar tədricən çaylar, sellər vasitəsilə yuyu-
lub başqa yerə aparılır. 
İstehsal prosesində bərk maddələrin texnogen yer-
dəyişməsini, bu və ya digər ərazinin təbii şəraitinə etdiyi 
təsiri qiymətləndirmək üçün onu demək kifayətdir ki, 
yerin təkində çıxarılan xammalın bir hissəsi su, külək və 
müxtəlif nəqliyyat vasitəsilə Yer kürəsinin ayrı-ayrı 
rayonlarına aparılır. Çoxlu mexaniki və enerji qüvvəsinə 
malik müasir istehsalın, əhali məskunlaşmasının yerin 
səthinə göndərdiyi mexaniki, fiziki təsirlər nə qədər nə-
həng olsa, torpağın iri maşınlarla şumlanması, bitkilərin 
becərilməsi, xammalın emalı, iri süxurların xırdalan-
dıqdan sonra yerdəyişməsi və s. ilə müqayisədə xeyli az 
yer tutur. Müəyyən edilmişdir ki, torpağın şumlanması, 
becərilməsi, müxtəlif məqsədlər üçün qazılması yolu ilə 
il ərzində 3x10
12
ton bərk maddə yerini dəyişdirir, bir 
yerdən başqa yerə tökülür. Bu hal ildən-ilə gərginləşir, 
torpağın üst qatının məhsuldarlığını aşağı salır. Suvarma 
kanallarının, yolların, qaz, neft, su kəmərlərinin çəkil-
məsi, şəhərlərin, kənd təsərrüfatının, meliorasiyanın in-
kişafı, metropolitenlərin tikilməsi, faydalı qazıntı mə-
dənlərinin istismarı, yeraltı anbarların yaradılması və bu 
kimi işlərin yerinə yetirilməsi nəticəsində yerin üst qa-
tına təsir güclənir. Ayrı-ayrı dövlətlər, məsələn: Yaponi-
ya, Niderland, Belçika və s. yuxarıda görülən işlərdən 
çıxarılan torpaqlar hesabına dəniz sahillərini qurudaraq 
yeni torpaq sahəsi əldə edirlər. Suvarma əkinçiliyi ra-


161
yonlarında, məsələn, Xuanxe çayı (Çində) hövzəsində 1 
ha becərilən sahədən hər il 36-37 t məhsuldar torpaq qatı 
itirilir. Ona görə də ətraf mühitdən istifadə tənzimlənir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə