Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə79/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   191
etraf muhitin iqtisadiyyati

Ərzaq təhlükəsizliyinə
bu mövqedən baxdıqda, 
onun məqsədini 
xarici və daxili amillərin təsirindən 
asılı olmayaraq əhalinin ərzaq və xammalla zəma-
nətli və sabit şəkildə təmin olunmasında axtarmaq 
məqsədəuyğundur. 
Bununla əlaqədar aşağıdakı şərtlər 
nəzərə alınmalıdır: 
-
hər bir istehlakçı üçün ərzaq məhsulları potensialı 
və fiziki baxımdan ərzaq almaq mümkünlüyü; 
-
bütün sosial qruplar üçün, o cümlədən az təmi-
natlı əhalinin ərzaq məhsullarını almaq üçün iqtisadi im-
kanların olması; 
-
rasional qidalanma üçün kifayət qədər yüksək 
keyfiyyətli məhsulların istifadə edilməsi. 
Bütün bunları nəzərə alaraq, ərzaq təhlükəsizliyini 
təmin etmək üçün aşağıdakı problemləri həll etmək 
məqsədəuyğundur: 
-
səmərəli aqrar siyasətinin həyata keçirilməsi; 
-
istehsalçı subyektlər üçün bərabər və sabit iqtisa-
di imkanların təmin edilməsi; 
-
əhalinin məşğulluğunun təmin edilməsi və bu 
məqsədlə milli siyasətin həyata keçirilməsi; 
-
ərzaq təminatı məsələlərində yoxsulluğun və qey-


151
ri-bərabərliyin aradan qaldırılmasına yönəldilən sosial 
siyasətin aparılması; 
-
davamlı inkişaf hesabına çox çeşidli məhsulların 
istehsal edilməsi və səmərəliliyinin artırılması; 
-
istehsalın, xammalın və ərzaq məhsullarının ema-
lı və saxlanılması sahələrində qabaqcıl texnologiyaların 
tətbiq edilməsi; 
-
aktiv daxili iqtisadi fəaliyyət, idxal-ixrac fəaliy-
yətinin optimallaşdırılması; 
-
aqrar sahəyə investisiyaların qoyuluşu. 
Ölkənin ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı və 
bütövlükdə iqtisadiyyatın inkişafı, milli və dünya iqtisa-
diyyatının ümumi vəziyyəti ilə bağlı bir sıra iqtisadi və 
sosial şəraitlərin sayəsində təmin edilir. Ərzaq təhlükə-
sizliyi probleminin mərkəzində insan və onun qidaya 
olan tələbatı durduğu üçün bu problemləri həll etmədən 
heç bir səmərəli fəaliyyət mümkün deyildir. Ona görə 
də hər bir ölkə öz daxili ehtiyatları hesabına əhalinin is-
tehlak tələbinin ödənilməsini yaxşılaşdırmağa çalışır. 
Dünya ölkələrində əhalinin illik adambaşına isteh-
lak etdiyi ərzaq məhsullarının səviyyəsi əsaslı surətdə 
bir-birindən fərqlənir. Bu fərqi aşağıdakı cədvəldən gör-
mək olar. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə