Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə78/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   191
etraf muhitin iqtisadiyyati

1996-cı ildə “Ümumdünya 


147
ərzaq təhlükəsizliyi” haqqında Roma Deklarasiyası
qəbul edilmişdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı 
Təşkilatı (FAO) – məlumatına əsasən ərzaq məhsulları-
nın qiymətləri kəskin surətdə artdığına görə 2007-ci ilə 
nisbətən 2008-ci ildə ərzaq idxalının həcmi 26% artmış, 
1 trilyon dollar olmuşdur. 
Dünya Səhiyyə Təşkilatının məlumatına görə dün-
ya əhalisinin 30%-i daimi olaraq aclıq çəkir. Inkişaf et-
məkdə olan ölkələrdə hər beş nəfərdən biri, yəni 925 
milyon nəfər mütəmadi olaraq aclıq çəkir. 
Qloballaşma şəraitində təhlükəsizliyin təmin 
edilməsi iki istiqamətdə özünü büruzə verir:
1) ener-
ji, 2) ərzaq təhlükəsizliyi. Hər bir müstəqil dövlət miqra-
siya problemini nizama salan, əmək ehtiyatlarını və təbii 
sərvətlərini qoruyan, səmərəli inkişafa istiqamətləndiril-
miş proqramlar, qanunlar qəbul edir. 
Ərzaq təhlükəsizliyi bilavasitə aşağıdakı amillə-
rin nəzərə alınmasını tələb edir: 
1)
becərilən kənd təsərrüfatı torpaqlarının azalma 
prosesi davam edir, torpağın keyfiyyəti pisləşir, məhsul-
dar torpaqların ərzaq təhlükəsizliyində rolu nəzərə alın-
mır; 
2)
kənd təsərrüfatı məhsulları istehsalı əhalinin ər-
zaq məhsullarına artan tələbatına uyğun gəlmir; 
3)
ərzaq məhsullarının idxal və ixracında qiymət 
səviyyəsi gözlənilmir; 
4)
əhalinin gəlirləri hələ aşağıdır və təbiidir ki, on-
ların alıcılıq qabiliyyəti məhduddur; 


148
5)
ərzaq təhlükəsizliyi probleminin həllində və 
yoxsulluğun azaldılmasında kreditləşmə, investisiya si-
yasəti, subsidiya və digər dəstək hələ aşağı səviyyədədir 
və s. 
Ərzaq təhlükəsizliyi
: 1) daxili istehsal hesabına 
və 2) idxal hesabına təmin edilir. Hər bir ölkə daxili ər-
zaq məhsulları istehsalını artırmaqla öz əhalisini və ye-
yinti sənayesini təmin etməyi üstün hesab edir. Bu vaxt 
əsas diqqəti təbii ehtiyatların tükənməsi və insan sağ-
lamlığının qorunmasına yönəldilməsi əsas şərt kimi nə-
zərdə tutulmalıdır. Ona görə də hər bir ölkənin ərzaq tə-
minatı məsələsi bütün dövlətlərdə iqtisadiyyatın vacib 
məsələlərindən olmuşdur. Bu problemi son 20 ildə qlo-
ballaşmış, artıq dünyada ərzaq məhsulları istehsalı və 
ərzaq təhlükəsizliyi prioritet məsələyə çevrilmişdir. 
Beynəlxalq təşkilatlar, xüsusən FAO dünyada möv-
cud olan ərzaq ehtiyatlarını araşdıraraq geniş miqyaslı 
proqnozlar hazırlayırlar, onlar öz dövlətlərini mümkün 
problemlər barəsində mütəmadi olaraq məlumatlandırır, 
ərzaq məsələlərinin vacibliyi nəzərə alınaraq dünya bir-
liyinin ümumi səyləri istiqamətləndirirlər. Hazırda ərzaq 
probleminin həlli yollarında, onun elmi araşdırılmasına 
müxtəlif yanaşmalar edilir və müəyyən dəyişikliklər 
aparılır. 
1972-ci ildə Stokholm Müşavirəsinin iştirakçıları 
ümumdünya miqyasında ərzaq probleminin həll ediləcəyi 
barəsində qəti niyyətlərini bildirdilər. Bu məsələnin mü-
zakirəsində iştirak edən 170 ölkənin hər birində cari yüz-
illiyin axırına qədər aclığa son qoymaq planlaşdırıldı. 


149
1994-cü ildə Rio-De-Janeyroda keçirilən iclasda 
müşavirə iştirakçıları gələcək yüzilliyin problemlərini 
müzakirə edərkən qeyd etmişlər ki, sabit inkişafın təmin 
edilməsi, yoxsulluqla mübarizə və ərzaq təminatı hər bir 
dövlətin üzərinə düşən başlıca vəzifələrdir. Bu vəzifələr 
isə müxtəlif proqram, layihə və ərzaq siyasəti vasitəsilə 
həyata keçirilməsi nəzərdə tutuldu. Bu məqsədlə bey-
nəlxalq forumların sənədləri tövsiyə xarakateri daşıya-
raq “qlobal miqyasda düşünmək, lokal miqyasda iş gör-
mək” prinsipi ilə hazırlanır. 
Ərzaq təhlükəsizliyinin mahiyyətinə elmi qiymət 
dünyada ən çox yayılmış belə ifadə olunur: Ərzaq təhlü-
kəsizliyi elə bir iqtisadi bir vəziyyətdir ki, o, əhaliyə ak-
tiv və sağlam həyat tərzi üçün tələb olunan miqdarda ər-
zaq məhsullarının istənilən vaxt əldə edilməsinə (alıcılıq 
qabiliyyəti) zəmanət verir. Ərzaq bazarları üzrə tədqi-
qatçıların bəziləri hesab edir ki, ərzaq təhlükəsizliyi – 
aktiv və sağlam həyatının təmin edilməsinin zəmanətli 
mümkünlüyüdür. Dünya Bankı qeyd olunan fikirlə razı-
laşaraq, bura xroniki və müvəqqəti ərzaq asılılığı məf-
humunu da əlavə edir. Ölkə, region, əhalinin bir qrupu 
və ya ailə o vaxt xroniki ərzaq asılılığında olur ki, ərzaq 
məhsullarını almaq mümkün olmadığı səbəbindən və ya 
ərzağın kifayət qədər istehsal olmaması səbəbindən il 
ərzində kifayət qədər qida almır. 
Rusiyanın aqrar iqtisadçı alimləri ərzaq təhlükəsiz-
liyini aşağıdakı kimi təyin edirlər: “Ərzaq təhlükəsizli-
yi-əhalinin əsas ərzaq məhsulları ilə etibarlı, zəmanətli 
və qaneedici şəkildə təmin edilməsi, aclıq və yarımaclıq 


150
probleminin mövcud olmamasıdır”. Daha sonra bu məf-
humun daha geniş təyini vüsət aldı. Bu təyinə görə, ər-
zaq təhlükəsizliyi müvafiq ehtiyat, potensial və zəma-
nətlər sayəsində, əsasən daxili istehsal hesabına dövlət 
tərəfindən əhalinin qida ehtiyaclarının təmin edilməsi 
qabiliyyəti kimi müəyyənləşdirilir ki, bu təminat tibbi 
normalardan aşağı olmamalıdır. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə