Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Komplekslilik və səmərəlilik meyarının əsasını



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə67/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   191
etraf muhitin iqtisadiyyati

Komplekslilik və səmərəlilik meyarının əsasını
ən 
az xərclə istehsalın inkişafında həmin sərvətlərin rolunu 
əks etdirən məcmu-təsərrüfat səmərəsi təşkil edir. Məh-
suldar qüvvələrin səmərəli yerləşməsində ilkin və təkrar 
xammal sərvətlərinin iqtisadi qiymətləndirilməsi meya-
rını, istehsalın inkişafında özünü göstərən kəmiyyət və 
keyfiyyət göstəriciləri təşkil edir. Burada məsrəflərin sə-
mərəliliyi nəzərə alınmaqla, əldə edilən son məhsulun 
həcminin müəyyən edilməsi də zəruri amil kimi çıxış 
edir. Mühüm göstəricilərdən biri də ilkin və təkrar xam-
malın hər vahidinə görə məhsul alınması və ya komp-
lekslilik (son məhsulun ilkin xammala nisbəti) əmsalıdır. 
Müasir dövrdə belə bir hal geniş yayılmışdır ki, 
müəssisələr çox vaxt zəngin filizlərdən istifadə edirlər 


129
və tərkibi nisbətən kasıb olan xammalı tullayırlar. 
Müəyyən sərvətlərə nəzarəti həyata keçirən qurumların 
mövcudluğuna baxmayaraq, dağ-mədən sənayesi müəs-
sisələri mineral sərvətlərin səmərəli istifadəsinə sadəcə 
inzibati məsuliyyət daşıyırlar. İlkin xammal sərvətlərin-
dən istifadə üçün haqq olmadığına görə mineral sərvət-
lərinin səmərəli istifadəsində ayrı-ayrı müəssisələrin 
məsuliyyəti zəifləyir, nəticədə, külli miqdarda sərvət iti-
rilir, əmək məhsuldarlığı aşağı düşür. 
Sənayenin ilk və təkrar xammal sərvətlərilə planlı 
təmin olunması iqtisadiyyatın optimal inkişafının ayrıl-
maz ünsürüdür. Buna görə mineral xammal ehtiyatının 
səmərəliliyini, müəyyən məhsulun istehsalına sərf edilə 
biləcək son hədd məsrəflərilə müəyyən edilməsi əsaslı 
hesab edilə bilər. 
İstehsalda təbiətin insanlara bəxş etdiyi xammal 
ehtiyatlarından səmərəli istifadə etmək üçün yaradılan 
geniş imkanlardan hələlik kifayət qədər istifadə olun-
mur. Dağ-mədən və emal prosesində çox hallarda külli 
miqdarda xammal itkisinə yol verilir ki, bu da ictimai 
zərərdən başqa ətraf təbii mühitin çirklənməsinə səbəb 
olur, insanların səhhətinə mənfi təsir edir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə