128
müəyyən şəraitdən asılı olan fərdi məsrəflərin arasında-
kı fərq differensial gəliri (rentanı) təşkil edir. Daha əlve-
rişli təbii şəraitdə yerləşən keyfiyyətli sərvətlərin istis-
marı dövründə əlavə gəlir (renta) alınmasını təmin edir.
Torpaq, su, meşə sərvətlərinin, eləcə də faydalı qa-
zıntı mədənlərinin qiymətləndirilməsinin əsası kimi sərf
edilmiş canlı və maddiləşmiş əməyin, əsaslı vəsait qo-
yuluşlarının yüksək səmərəsini müəyyən etmək mühüm
məsələ kimi həll edilməlidir.
İstifadə edilən bu və ya digər
təbii sərvətlərin qiy-
mətləndirilməsinin əsas göstəricisi
– onlara olan cari
və perspektiv tələbatı təmin etmək, ən az ictimai əmək
və xərc məsrəfləri şəraitində daha çox məhsul almaq,
ekoloji mühitin, biosferin mühafizəsinə nail olmaqla tə-
bii sərvətlərin kompleks və səmərəli istifadə edilməsi-
dir.
Dostları ilə paylaş: