98
IV FƏSİL.
SU, TORPAQ VƏ MEŞƏ EHTİYATLARI,
MİNERAL VƏ BİOLOJİ EHTİYATLAR
1.
Təbii ehtiyatların təsnifatı;
2.
Mineral sərvətlərin
istifadəsi və mühafizəsi;
3.
Su ehtiyatları;
4.
Torpaq ehtiyatları;
5.
Meşə ehtiyatları;
6.
Bioloji ehtiyatlar və onların mühafizəsi.
1.Təbii ehtiyatların təsnifatı
İnsanların istifadə etdiyi təbii cisimlər (torpaq,
su, hava, faydalı qazıntılar, enerji ehtiyatları, bitki,
heyvan növləri və s.) təbii ehtiyatlar adlanır.
İnsan
cəmiyyətinin yaşaması və fəaliyyət göstərməsi üçün bu
ehtiyatlar xüsusi ardıcıllıqla səmərəli istifadə olunmalı
və qorunmalıdır. Çünki hər hansı
bir dövlətin, millətin,
xalqın inkişafı, dünya ölkələri
içərisində tutuğu yer
bilavasitə onun yaşadığı məkanın təbii ehtiyatlarla zən-
gin olması ilə bağlıdır. Ona görə də inkişaf etmiş və
inkişaf etməkdə olan dövlətlər
təbii ehtiyatlarda səmə-
rəli istifadəyə, onun mühafizə olunmasına xüsusi qayğı
ilə yanaşırlar. Lakin,
elmi-texniki tərəqqi, sənaye və
kənd təsərrüfatının intensiv inkişafı,
təbii ehtiyatlardan
daha geniş miqyasda istifadə olunmasına, bəzi növ ehti-
yatların tükənməsinə, çirklənməsinə səbəb olur. Ona gö-
rə də bu ehtiyatların qorunmasında kompleks tədbirlərin
işlənilməsi və tətbiqi böyük əhəmiyyət kəsb edir.
99
Hər bir milli iqtisadiyyatın və eləcə də dünya iqti-
sadiyyatının inkişafı iqtisadi – istehsal amillərindən ası-
lıdır.
Dostları ilə paylaş: