92
lərdə hər il yüz milyon tonlarla şlak və tül tullantıları yı-
ğılıb geniş sahələrdə məhsuldar torpaqların üstünü örtür,
ətraf mühiti korlayır.
ETT-nin nailiyyətlərini, qabaqcıl
müəssisələrin təcrübəsini tətbiq etməklə həmin tul-
lantıları istifadəyə cəlb etmək olar. Sənaye tullantıların-
dan tikinti materialları kimi istifadə edilməsinə xeyli təc-
rübə əldə edilmişdir. İndi sənaye tullantılarından müxtəlif
markalı sement, beton, gübrə, metal, şüşə, rənglər, rezin,
süni parçalar və s. istehsal edilir. İstehsal tullantıların-
dan səmərəli istifadə edən müəssisələr hər il çoxlu əlavə
gəlir əldə edilir.
Tarla qoruyucu meşə zolaqlarının genişləndirilmə-
si, nadir heyvan və bitki növlərinin mühafizəsi sayəsin-
də də xeyli əməli tədbirlər həyata keçirilmişdir.
Quraq
rayonların su ilə təmin edilməsi, bataqlıqların qurudul-
ması və s. nəsli kəsilməklə olan bir çox heyvanların, bit-
ki növlərin bərpa olunması ətraf mühitin dirçəldilməsinə
kömək edir. Bunlardan başqa tullantıların azaldılmasını
təmin edən texnoloji üsulların işlədilməsi, ən mütərəqqi
təmizləmə qurğularının kütləvi istehsalı,
atmosferə bu-
raxılan zərərli tullantılarla mübarizədə yeni üsul və və-
saitlərin tətbiqi, torpaq, su və meşə ehtiyatlarının qorun-
ması, onlardan səmərəli
istifadə edilməsi üçün komp-
leks tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.
Ətraf mühitə təsirin qiymətləndirilməsi və ekoloji
ekspertiza prosesi həyata keçirilərkən
ekoloji-iqtisadi
analiz onların əsasını (bazasını) təşkil edir.
Dostları ilə paylaş: