Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Yekun smeta hesablamalarının tərtibi lokal



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə136/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   191
etraf muhitin iqtisadiyyati

Yekun smeta hesablamalarının tərtibi lokal 
(yerli) və obyekt smetalarına əsaslanır (istinad edir). 
Burada həmçinin əlavə xərclər, həm də nəzərə alın-
mayan (əvvəlcədən görünməyən) işlərin vəsait ehti-
yatları da nəzərdə tutulur.
Obyekt smetaları öz tərki-
bində lokal smetanın məlumatlarını birləşdirir və onun 
əsasında obyekt üçün müqavilə qiymətləri formalaşdırı-
lır. Bu halda obyekt smetasının rolunu lokal smeta oy-
nayır. Obyekt smeta hesablamalarında (smetada) sətir-
bəsətir və həm də yekunda vahid qiymətlər (dəyərlər), 
məsələn, 1 m
3
həcm, 1 m
2
sahə, 1 m məsafə və s. təyin 
edilir. 
Obyekt və lokal smetalarında normativ əmək tutu-
mu və smeta əmək haqqı ayrılır. Lokal smetalarda ehti-
yat göstəricilərini ayırmaqla aşağıdakı sənədlər tərtib 
edilir: 
-
işlərin əmək tutumunu (adam-saatla); 
-
fəhlələrin əsas əmək haqqını təyin etmək. 


252
Lokal smetalarda (hesablamalarda) smeta sənədlə-
rinin tərkibində işlərin dəyəri iki qiymət səviyyəsində 
aydınlaşdırıla bilər: 
-
bazis səviyyəsi üçün – fəaliyyətdə olan smeta 
normaları və qiymətləri ilə müəyyənləşdirilir (məs. 
1990-cı və ya 1985-ci il üçün). 
-
cari (proqnoz) səviyyəsində - smeta tərtib edilən 
dövr üçün formalaşmış qiymətlərlə, yaxud tikinti başla-
nan gündən başlayaraq, mövcud olan qiymətlərlə. 
Tikinti, yenidənqurma, əsaslı təmir (bina və qurğu-
larda), müəssisələrin genişləndirilməsi və yenidən təşki-
linin smeta dəyərinin təyin edilməsinin əsasını smeta 
normativləri (smeta normaları külliyyatı, qiymətlər və 
qiymətləndirmələr normaları), habelə qaydalar və əsas-
namələr təşkil edir. Yuvarlaqlaşdırılmış smeta normala-
rına aiddir: faizlə ifadə olunan smeta normativləri (üstə-
gəlmə xərclər, smeta gəliri, əlavə xərclər), iriləşdirilmiş 
smeta normativləri və göstəriciləri. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə