Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə2/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   191
etraf muhitin iqtisadiyyati

G İ R İ Ş 
 
Yeni iqtisadi münasibətlər şəraitində əhalinin və 
sənayenin tələbatının ödənilməsində, təbii ehtiyatlardan 
səmərəli istifadə olunması və ətraf mühitin mühafizəsi 
qlobal xarakter daşıyır. Dayanıqlı sosial-iqtisadi inkişaf 
cəmiyyətin tələbatına cavab verməklə, ətraf mühitin tə-
bii ehtiyat potensialının keyfiyyətinin saxlanılması, məh-
suldar qüvvələrin inkişaf səviyyəsinə uyğun gələcək nə-
sillərin istifadəsinə verilməsi ətraf mühit və təbii ehti-
yatlardan düzgün istifadədən asılıdır. Ona görə də, tə-
biətlə cəmiyyətin qarşılıqlı əlaqəsi, bu əlaqələrin təsiri-
nin optimallaşdırılması və onların həlli yollarının axta-
rılması vacib şərtlərdəndir. Bu ətraf mühitdən və təbii 
ehtiyatlardan səmərəli istifadə olunmasında və mühafi-
zəsində iqtisadi aspektlərin araşdırılması, ümumi qanu-
nauyğunluqların öyrənilməsi qlobal mahiyyət daşıyır. 
Ona görə də, “Ətraf mühitin iqtisadiyyatı” kursu üzrə 
təbii ehtiyatlar və təbiəti mühafizənin iqtisadiyyatı mə-
sələləri təhlil edilir: hazırkı şəraitə ətraf mühitin və tə-
biətdən istifadənin əsas vəzifələri, təbii ehtiyatlardan is-
tifadə və dayanıqlı inkişaf; ətraf mühitin mühafizəsinin 
iqtisadi qiymətləndirilməsi; planlaşdırılması və idarə 
edilməsi; təbii ehtiyatların təsnifatı, təbii ehtiyatların iq-
tisadi dəyəri; təbiətlə cəmiyyətin qarşılıqlı əlaqələri, ər-
zaq təminatı problemləri; təbiətdən istifadənin iqtisadi 
inkişafa təsiri; təbii ehtiyatların iqtisadi qiymətləndiril-
məsi; ətraf mühitə çirklənmədən dəyən sosial-iqtisadi 
ziyanın müəyyən olunması; iqtisadi ziyanın təsnifatı, 
xərclər; ətraf mühit və təbiətdən istifadənin iqtisadi sə-


4
mərəliliyi; təbiəti mühafizənin idarə edilməsi və ekoloji 
sahibkarlıq, onun maliyyə mənbələri; ətraf mühit və tə-
biətdən istifadənin iqtisadi tənzimlənməsi (vergi, sığor-
ta, bank sistemləri və s.); ekoloji biznes, menecment, in-
formasiya və təhsil sistemi; ekoloji problemlərin həllin-
də beynəlxalq əməkdaşlıq və s. məsələlər fənn kursunun 
mahiyyətini təşkil edir. 
Tədris olunan fənnin əsas vəzifəsi təbii sərvətlərdən 
səmərəli istifadə etməklə cəmiyyətin maddi və mənəvi 
ehtiyatlara olan tələbatını ödəməklə, təbiətlə cəmiyyətin 
qarşılıqlı əlaqəsini öyrənməkdən ibarətdir. Kursa dair 
mühazirələr və təcrübi dərslər təsdiq olunmuş proqrama 
uyğun həyata keçirilir. Dərs vəsaitinin IV fəsli Bakı Biz-
nes Universitetinin “Sənayenin təşkili və bələdiyyə idarəet-
məsi” kafedrasının laborantı magistr Ağakişiyeva Nuranə 
Ağamoğlan qızı tərəfindən tərtib edilmişdir. Dərs vəsaiti 
hazırlanarkən ətraf mühit, təbii ehtiyatlardan istifadə, 
ekologiya və onun iqtisadiyyatının qarşılıqlı əlaqələrinə
bu aspektlərə artan tələbat nəzərə alınmışdır.

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə