Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


 Ətraf mühitdən istifadənin iqtisadiyyatı



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə8/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   191
etraf muhitin iqtisadiyyati

3. Ətraf mühitdən istifadənin iqtisadiyyatı 
kursunun əhəmiyyəti 
 
Bizi əhatə edən maddi aləm təbiət adlanır. Təbiət 
insanlardan asılı olmayaraq həmişə olub və olacaqdır. 
Təbiəti öyrənən elm-təbiətşünaslıq adlanır. Təbiətşünas-
lıq elmi canlı və cansız təbiət hadisələrini öyrənir. Tə-
biət dedikdə - günəş, ay, ulduzlar, torpaq, daş, qaya, su, 
bitki, heyvanlar və s. təsəvvür edilir. Təbiət iki yerə ay-
rılır: canlı təbiət və cansız təbiət. Günəş, ay, ulduz, bu-
lud, su, hava, cansız təbiətdir. Bitki, heyvan və insan 
canlı təbiətdir. Canlı və cansız təbiətin fərqi çoxdur. 
Bitki və insan qidalanır, tənəffüs edir, çoxalır və məhv 
olur. Bu xüsusiyyətləri cansız təbiətə aid etmək olmaz. 
Cansız təbiətin sirlərini öyrənməklə maddi 
nemətlər əldə edirik. Filizlərdən qiymətli metallar alınır. 
Dəmirdən maşınlar, dəmir-yolları relsləri hazırlayırlar. 
Alüminiumdan qab-qacaq, müxtəlif cihazlar və təyya-
rələr düzəldilir. Təbiət haqqında biliklərimiz artdıqca in-
sanlar radio, televizor, telefon ixtira etmiş, raketlər dü-
zəldib kosmosa yol açmışlar. İnsanlar aya uçmuş, başqa 
planetlərə avtomat stansiyalar göndərmişlər. 
Təbiəti
öy-
rənməyin bizim sağlamlığımızı qorumaq üçün də böyük 
əhəmiyyəti var. Havanın zəhərlənməsi, suların və tor-


19
pağın çirklənməsi insanların sağlamlığı üçün qorxu ya-
radır. Bizim hazırda öyrənəcəyimiz elm isə Ətraf Mühi-
tin İqtisadiyyatı (ƏMİ) adlanır. İqtisada aid müxtəlif 
elmlər iqtisad elminin tərkibinə daxildir. Onlardan biri 
də ƏMİ elmidir. Bu elmin də bir çox elmlər kimi öz 
predmeti, istiqaməti vardır. ƏMİ elmi təbiətdə baş verən 
bütün hadisələri, müxtəlif istehsal qurumlarında təsərrü-
fatın təşkili, inkişafı, ətraf mühitin qorunması, təbiətlə 
cəmiyyətin qarşılıqlı əlaqəsinin qanunauyğunluqlarını 
öyrədir. ƏMİ elminin qarşısında duran əsas məqsədlər-
dən biri də bazar iqtisadiyyatı şəraitində daxili ehtiyatla-
rın aşkara çıxarılıb səmərəli istifadə olunmasına, ətraf 
mühitin qorunması üçün bütün vasitələrə - xüsusilə tul-
lantısız məhsul istehsalına, minimum əmək və vəsait 
sərf etməklə maksimum məhsul alınmasına nail olmaq-
dır. Bunlarda ayrı-ayrı istehsalçılar arasında gedən 
rəqabət mübarizəsində mühüm amildir. Odur ki, üstün-
lük əldə etmək üçün daha səmərəli metodlardan istifadə 
edilir. Rəqabət isə yüksək keyfiyyətli məhsul alınmasını 
təmin edən çox mühüm amildir. 
Ətraf mühitin iqtisadiyyatı (ƏMİ) elmi bir çox elm-
lərlə sıx bağlı olub, onların nailiyyətlərindən bəhrələnir, 
zənginləşir və inkişaf edir. Amma predmet baxımından 
onları eyniləşdirmək olmaz. ƏMİ elmi, təbiətdə baş ve-
rən bütün hadisələrə kompleks baxımdan yanaşan elmdir. 
Bu elm sonralardan yaranmış və özündə bir çox elmləri 
(geologiya, demoqrafiya, torpaqşünaslıq, təbiətşünaslıq, 
botanika, meteoroloqiya, coğrafiya, fizika, tibbi, texniki, 
meşəçilik, kənd təsərrüfatı və s.) birləşdirmişdir. 
Bu elmin meydana gəlməsinə, cəmiyyətlə təbiətin 


20
qarşılıqlı əlaqəsinin genişlənməsi, təbii sərvətlər ehtiya-
tından istifadə edilməsinin daha çox aktuallaşması və 
vacibliyi səbəb olmuşdur. Başqa sözlə desək – istehsal-
edici qüvvələrin inkişaf prosesinin dərk edilməsinin ge-
nişlənməsi və dərinləşməsi yeni bir elmin yaranmasına 
səbəb olmuşdur ki, bu da istehsal münasibətləri formala-
rının səmərəli istifadəsi, təbii sərvətlər istehsalını və ət-
raf mühitin mühafizəsi prosesini əks etdirir. Ətraf mühi-
tin iqtisadiyyatı (ƏMİ) elmi iqtisadi coğrafiya ilə sıx 
əlaqədardır və xalq təsərrüfatı sahələrinin inkişaf etdiril-
məsinin planlaşdırılması məsələlərinin həllində əsas mə-
lumatları formalaşdırır. ƏMİ -nin formalaşması əsasən, 
cəmiyyətin əməyinin fəaliyyəti nəticəsində əmələ gəlir 
ki, bu da ətraf mühitə təsir edən, onun elmi-texniki tə-
rəqqisini təmin edən çox mühüm amildir. 
Sistemli (nizamlı) yanaşma prinsipi – obyekt ele-
mentlərinin qarşılıqlı əlaqəsinin tədqiqatlarının komp-
leksli təşkilidir. ƏMİ-nin problemlərinin qarşıya qoyul-
muş məsələlərin həllində sistemli yanaşma olmadan
tədqiqat aparılan amillərin ardıcıllığının təmin edilməsi 
mümkün olmaz. Bir sıra iqtisadi elmlər sahəsi (ətraf 
mühitin iqtisadiyyatı, kənd təsərrüfatının iqtisadiyyatı, 
sənayenin iqtisadiyyatı, nəqliyyatın iqtisadiyyatı və s.) 
iqtisadiyyat elmi kimi qəbul olunur. Ictimai elmlər sıra-
sına aid edilən bu biliklər sistemi bilavasitə siyasi iqtisa-
dın bir elm kimi meydana gəlməsi ilə yaranmışdır. Cə-
miyyətin iqtisadi bazisini tədqiq edən elmlər sırasında 
əsas yeri siyasi iqtisad elmi tutur. Siyasi iqtisad insan 
cəmiyyətinin müxtəlif inkişaf mərhələsində maddi ne-
mətlərin istehsalını, mübadiləsini, bölgüsünü və istehla-


21
kını idarə edən iqtisadi qanunları öyrənən bir elmdir. Si-
yasi iqtisad elmi iqtisadi prosesləri bütün xalq təsərrüfa-
tı miqyasında öyrənərkən ictimai istehsalın müəyyən sa-
həsinin tədqiqi ilə məhdudlaşmır. 
ƏMİ konkret sahə iqtisadiyyat elmi kimi xalq tə-
sərrüfatının bir sahəsini, yəni təbiətdə ictimai münasi-
bətləri öyrənir. Təbiətdə baş verən ictimai-iqtisadi hadi-
sələr ətraf mühitin iqtisadiyyatı elmi tərəfindən təcrid 
olunmuş halda deyil, cəmiyyətin və konkret sahələrin 
inkişaf qanunları və qanunauyğunluqları ilə əlaqəli for-
mada dərk edilməklə ümumiləşdirilir və bu sahədə cə-
miyyətin qarşısında duran konkret vəzifələr müəyyən-
ləşdirilir. Ümumiyyətlə, qeyd edildiyi kimi, ƏMİ elmi-
nin predmeti obyektiv iqtisadi qanunların təbiətdə konk-
ret fəaliyyətini və təsir mexanizmini, onun inkişafının 
spesifik xüsusiyyətlərini və qanunauyğunluqlarını öyrə-
nir. Bu o deməkdir ki, təbiət və cəmiyyətdəki hadisə və 
prosesləri ümumiləşdirir, cəmiyyətin qarşısında duran 
başlıca vəzifələrin istiqamətlərini müəyyən edir. 
Ətraf mühitin iqtisadiyyatı elmi bir çox elmlər ilə 
əlaqədardır. Bu elmlər içərisində o özünəməxsus yer tu-
tur. Belə ki, siyasi iqtisad ətraf mühitin iqtisadiyyatı el-
minin nəzəri metodoloji əsasını təşkil edir. Ətraf mühi-
tin iqtisadiyyatının ayrı-ayrı cəhətlərini öyrənən iqtisad 
elmlərinin nəzəri metodoloji əsasını isə ətraf mühitin iq-
tisadiyyatı elmi işləyib hazırlayır. Başqa sözlə, ətraf mü-
hitin iqtisadiyyatı elmi, siyasi iqtisad ilə təbiətdən istifa-
dənin iqtisadiyyatının ayrı-ayrı cəhətlərini öyrənən iqti-
sad elmlərinin inteqrasiyasını təmin edərək, onları üzvi 
şəkildə əlaqələndirir. 


22

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə