Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə11/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   191
etraf muhitin iqtisadiyyati

geoloji tədqiqatlar 
metodundan istifadənin 
özünəməxsus xüsusiyyətləri vardır. Təbii sərvətlərin 
əmələ gəlməsində hər bir ərazinin geoloji yaş tarixi əsas 
amillərdən sayılır. Geoloji yaş dedikdə təbii sərvətlərin 
əmələ gəlməsində təsiredici rola malik olan geoloji era-
lar və dövrlər nəzərdə tutulur. Bu metodlardan istifadə 
etməklə filiz və qeyri filiz təbii ehtiyatlarının yayıldığı 
süxurların tərkibindən asılı olaraq ehtiyatların zəngin 
olub-olmaması, sənaye əhəmiyyəti kəsb etməsi aşkara 
çıxarılır. 
İqtisadi sahələrin inkişafında bioloji ehtiyatların 
rolu əhəmiyyətli dərəcədə artır. Bioloji ehtiyatlar suda 
və quruda yayılmaqla insanın ən çox istifadə etdiyi ehti-
yatlardan hesab olunur. 
Təbiətdən istifadənin ən mühüm nailiyyətlərindən 
biri təbii ehtiyatların hasilatı və istehsal dövriyyəsinə 
cəlb olunması zamanı texnikanın yeni nailiyyətlərinin 
mənimsənilməsidir. 


27
Ətraf mühitin iqtisadiyyatında tətbiq olunan me-
todlardan biri 
statistik metoddur

Statistik metod təbii 
sərvətlərdən istifadənin dinamikasını müəyyənləşdirir. 
Bu metodun əsas məqsədi təbii ehtiyatların potensial 
imkanlarına uyğun istifadəsi və tükənməsinin qarşısının 
alınmasında iqtisadi göstəriciləri aydın əks etdirir. 
Cəmiyyətin həyatındakı bütün müsbət cəhətlər tə-
biətin daha düzgün qiymətləndirilməsini, ona qayğıyla 
yanaşmasını tələb edir. Təəssüf ki, bəzən insanın təsər-
rüfat fəaliyyəti təbiətə mənfi təsir göstərir və nəticədə 
atmosfer çirklənir, şirin su mənbələri yararsızlaşır, me-
şələr qırılır, torpaqlar korlanır –eroziyaya uğrayır, şo-
ranlaşır, bataqlıqlaşır, flora-fauna ehtiyatları, faydalı qa-
zıntılar azalır və s. 
Ətraf mühitin iqtisadiyyatı öz aralarında qarşılıqlı 
əlaqədə olan problemlərin iki qrupunu tədqiq edir: 
-
istehsalatda və istehlakda zəruri olan təbii ehti-
yatlardan iqtisadi baxımdan səmərəli istifadə edilməsi
-
ətraf mühitin çirkləndirilməsinin qarşısının alın-
ması və ya ləğv edilməsinin iqtisadi cəhətdən ən məqsə-
dəuyğun üsullarının seçilməsi. 
Bu problemləri məhsuldar qüvvələrin inkişafı, elm 
və texnikanın tərəqqisi gedişində tələbatın dəyişməsini 
nəzərə almaqla həll edilməlidir. 
Hazırda təbiətin mühafizəsi dedikdə təkcə onun el-
mi, estetik, tərbiyəvi və insanların sağlamlığı üçün əhə-
miyyətli obyektlərin qorunub saxlanması nəzərdə tutul-
mur. Bu təbiətlə cəmiyyət arasındakı qarşılıqlı əlaqənin 
inkişafını nəzərdə tutur. Daha doğrusu istehsal proseslə-
rinə cəlb olunan təbii sərvətlərin həcmi və miqdarı art-
dıqca, eyni zamanda elmin yeni nailiyyətləri əsasında 


28
təbiət qanunları, təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsi 
qanunauyğunluqları daha dərindən dərk edildikcə mə-
lum olmuşdur ki, təbiətin mühafizəsi yalnız ayrı-ayrı 
obyektlərin konservasiyası və mühafizəsindən ibarət ol-
mayıb, daha geniş miqyaslı bir problemdir. Bu təbii eh-
tiyatlardan səmərələri istifadə, onların qorunması və tə-
biət qanunlarına əsaslanmaqla bərpa edilməsi üzrə təd-
birlər kompleksidir. Bu problemin həcmi müxtəlif so-
sial- iqtisadi quruluşda müxtəlif cür həll olunmuşdur. 
Hazırki cəmiyyətdə təbii ehtiyatlar üzərində xüsusi mül-
kiyyət hökm sürdüyü üçün təbiətin mühafizə problemlə-
ri kompleks həll edilir. Yeni iqtisadi münasibətlərdə tə-
biətin mühafizə problemləri ilə əlaqədar olan bütün və-
zifələrin yerinə yetirilməsi elmi metodologiyası əsasın-
da cəmiyyətlə təbiətin ahəngdar qarşılıqlı əlaqələrinin 
təmin olunmasına yönəldilmişdir. Yalnız şüurlu demok-
ratik qanunlar təbiətlə cəmiyyət arasında obyektiv, düz-
gün, ahəngdar qarşılıqlı əlaqə yaradılmasına imkan ve-
rir. Təbiətin mühafizəsinin elmi əsaslarına yiyələnmək 
üçün təbiətin təbii mühitin tərkib hissələrini və xüsusiy-
yətlərini bilmək, planetimizin təbii sərvətlərini və ətraf 
mühitin mühafizəsi üzrə planetar və regional miqyasda 
təzahür edən problemləri araşdırmaq lazım gəlir. 


29

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə