Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


ƏMİ-na dair tədqiqatlarda bir çox elm sahəsin-



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə19/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   191
etraf muhitin iqtisadiyyati

ƏMİ-na dair tədqiqatlarda bir çox elm sahəsin-
də tətbiq edilən üsullardan istifadə edilir.
Ilk növbədə 
dialektik, balans, normativ, sistemli, riyazi, statistik, 
xəritələşdirmə, modelləşdirmə
və s. metodlardan isti-
fadə edilir. Onun metodoloji aspektləri hazırda proq-
ram-məqsədli optimallaşdırma hesabına təzələnməkdə-
dir. ƏMİ obyektivlik, elmilik və tarixilik prinsipləri üz-
rə formalaşmaqdadır. 
ƏMİ mütəhərrik inkişafda olan bir elm kimi yeni 
analitik üsullar, konsepsiyalar, ideyalar üçün aşkarlıq 
nümayiş etdirir. Bu onunla əlaqədardır ki, ətraf mühit-
dən istifadənin iqtisadiyyatı və ekoloji əsasları elmləra-
rası bir sahədir və çox mürəkkəb ekoloji-iqtisadi prob-
lemləri əhatə edir.
Tarazlı (davamlı) inkişafın müasir anlamı elə gös-
təricilərlə səciyyələnməlidir ki, bu və ya digər ölkədə 
gələcək nəsillərin mənafeyini təyin etmək əsas vəzifə 
kimi qarşıya qoyulsun. Davamlı inkişafı daha dəqiq təh-
lil etmək üçün “zəif” və “güclü” sabitlik anlayışlarından 
istifadə edilir. Əgər iqtisadi inkişaf ehtiyatların tükənmə-
sinə səbəb olursa, onda gələcək nəsillər üçün kompensa-
siya nəzərdə tutulmalıdır. Yəni, əsas kapital digər forma-


42
da başqa bir kapitalla istehsalat, bəşəri və ya təbii kapita-
lın hər-hansı bir forması ilə əvəz olunmalıdır. 
 
Sxem 1.
“Tarazlı inkişaf” konsepsiyasının sxematik təsviri 
 
Əsas kapitalın saxlanması qaydası kapitalların bir-
birini əvəz etməsinə yol verir (bax: sxem 1 ). Vəziyyət, 
şərait sabit hesab edilir o zaman ki, təbii kapitalın tükən-
məsi renta gəlirləri qoymasında insan tərəfindən yarı 
azalmış kapitalın üzərinə kompensasiya şəklində artım 
kimi qoyulsun (Xartvin qaydası). Bu məhz zəif-ibtidai 
tarazlı variantı səciyyələndirir. Güclü-yüksək tarazlıq tə-
rəfdarları hesab edirlər ki, inkişafın bütün mərhələlərin-
də təbii kapital tamamilə görünsün, yaxud insanın inki-
şafı üçün və bütöv ekosistemin mühafizəsi üçün təminat 
yaradılsın. 
Beləliklə, “tarazlı (davamlı) inkişaf” o vaxt olar ki, 


43
təbii kapital tükəndikcə bərpa olunsun və ya süni surət-
də yaradılmış kapital əvəz edilsin lakin, aşılanmasın. 
Başqa sözlə, bəşəriyyət təbii kapitalın üzərinə gələn hər 
hansı bir faizlə yaşamalıdır və gələcək nəsillər qarşısın-
da borclu qalmamalıdır. “Davamlı inkişaf” konsepsiyası 
üç əsas məqsədin vahid bir sistemə birləşməsi sayəsində 
meydana çıxmışdır. İqtisadi, sosial, ekoloji. Bu element-
lərin bir-biri ilə qarşılıqlı əlaqəsi tarazlı inkişafın vəzifə-
lərini müəyyənləşdirir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə