Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Ətraf mühitin iqtisadiyyatı elə bir elmdir ki, cə-



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə15/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   191
etraf muhitin iqtisadiyyati

Ətraf mühitin iqtisadiyyatı elə bir elmdir ki, cə-
miyyətlə təbii mühit arasındakı qarşılıqlı əlaqələri 
iqtisadi metodlarla öyrənir, təbiətdən səmərəli istifa-
də ilə əlaqə yaradır.
Ekologiya ilə əlaqələndirilməsi 
mühafizə məsələlərini ilk plana çəkilməsini tələb edir. 
Ona görə də bu sahədə digər elmlərlə qarşılıqlı əlaqəsi 
olan kompleks problemlər nəzərdən keçirilir. Müxtəlif 


35
ədəbiyyatlarda başqa təyinatlar da mövcuddur. Məsələn 
ƏMİ iqtisadi elm sahəsi olur, cəmiyyətin və ətraf mühi-
tin qlobal, regional, milli və yerli (lokal) səviyyələrdə 
qarşılıqlı təsir məsələlərinin sosial-iqtisadi aspektlərini 
öyrənir. 
Ətraf mühit və təbiətdən istifadə hər hansı bilik 
(elm) sahəsi olmaqla özündə təbiət, ictimai və texniki 
elm sahələrinin elementlərini cəmləşdirir və təşkilati cə-
hətdən digər bilik (elm) sahələri içərisində fizika, coğra-
fiya, biologiya, ekologiya kimi özünəməxsus yer tutur. 
Bir çox tədqiqatçılar deyilənləri təbiət elmləri sisteminə 
aid edirlər. Əslində deyilən sahənin coğrafiya və coğrafi 
ekologiya elminə aid edilməsi daha məqsədə müvafiq-
dir. Çünki coğrafiya elmlər sistemi fiziki, iqtisadi-so-
sial-siyasi prosesləri əhatə etməklə ətraf mühitin müha-
fizəsini də özündə birləşdirir. Hətta keçmiş SSRİ-də 
Elmlər Akademiyası sistemində elmlərin təsnifatı tərtib 
edilərkən təbiətdən istifadə Yer haqqında elmlər bölmə-
si ilə İctimai elmlər bölməsi arasında yerləşdirmək məs-
ləhət olunmuşdu. 
Ətraf mühitin iqtisadiyyatını ekoloji əsaslarla iqti-
sadi elmlər sahəsi kimi qəbul etdikdə, burada müvafiq 
elmlərarası əmək bölgüsünə istinad etmək lazım gəlir. 
Ətraf mühitin iqtisadiyyatının predmeti
insanların öz 
tələbatlarını ödəmək üçün təbii sərvətlərin istifadəsində, 
mühafizəsində, artırılmasında və habelə ekoloji-iqtisadi 
qanunauyğunluqlardan istifadə prosesində yaranmış mü-
nasibətləri araşdırmaq, tədqiq etmək və öyrənməkdir. 
Ətraf mühitin iqtisadiyyatının bilavasitə predmeti get-
dikcə artan təbii-sərvətlər potensialının məhdudluğu şə-


36
raitində ətraf mühitin keyfiyyətinin bərpası (qorunması) 
və ətraf mühitin mühafizəsi kimi istiqamətləndirilmə-
lidir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə